GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » "Nazir müavini və deputat olan Səfərov qardaşları məhkəmə sədrinə deyirdilər ki, şirkət Ramiz Mehdiyevindir"- MƏHKƏMƏ İŞİ

"Nazir müavini və deputat olan Səfərov qardaşları məhkəmə sədrinə deyirdilər ki, şirkət Ramiz Mehdiyevindir"- MƏHKƏMƏ İŞİ

Tarix: 5-04-2021, 10:59 Bölmə :Kirminal Baxış: 484
"Nazir müavini və deputat olan Səfərov qardaşları məhkəmə sədrinə deyirdilər ki, şirkət Ramiz Mehdiyevindir"- MƏHKƏMƏ İŞİ


Bakıda tikinti şirkətinin şəhid ailəsinin torpaq sahəsini zəbt etməsi barədə məlumat vermişdik. Şirkətin deputat və nazir müavini olan məmur qardaşlara məxsus olduğu bildirilir. Bu məlumatı dərc etdikdən sonra nazir müavinin əməlləri barədə redaksiyamıza maraqlı məlumatlar daxil olub.

Əvvəlcə şəhid ailəsinin başına gətirilən oyunu bir daha xatırladaq:

İllərdir davam edən məhkəmə çəkişmələrinə baxmayaraq, vətəndaş Yasin Rzayev pozulan hüquqlarını bərpa edə bilmir.

Rzayev Elxan Qəzənfər oğlu 1993- cü ildə Ağdərə uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.

Səbail Rayon İcra Hakimiyyəti başçısının 28 iyul 1994-cü il tarixli sərəncamı ilə Səbail rayon Badamdar qəsəbəsində Tofiq Məmmədov küçəsi ilə Əziz Nəzərov küçəsinin kəsişməsində yerləşən torpaq sahəsi şəhidin ailə üzvlərinə verilib.

Şəhidin qardaşı Yasin Rzayev deyir ki, həmin torpaq sahəsi üzərində mülkiyyət hüququ 27 oktyabr 2017-ci il tarixində Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri xidməti tərəfindən verilmiş çıxarışla qeydə alınıb.

Onlara məxsus torpaq sahəsi 2018-ci ildə zəbt edilib.

"Özünü pilot layihələrin icraçısı adlandıran “MVVL VERUS Praedium” MTK tərəfindən mənim razılığım və icazəm olmadan torpaq zəbt edilib. Dəfələrlə MTK-dan mənə məxsus torpaq sahəsindən çıxmağı tələb etsəm də heç bir nəticəsi yoxdur. Deyirlər ki, pilot layihəni icra edirik. Pilot layihələrin icrası zamanı icraçı tərəfindən mülkiyyətçinin əmlakının dəyəri tam həcmdə ödənilməlidir. Şirkətin qanunsuz əməlləri barədə hüquq mühafizə orqanlarına, məhkəmələrə şikayət etmişəm",- deyə vətəndaş bildirir.

Yasin Rzayev deyir ki, "MVVL VERUS Praedium” MTK-nın təsisçisi Mirzəyev Namiq Eyvaz oğlu göstərilir.

Vətəndaş qeyd edir ki, şirkət iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov və onun Milli Məclisin deputatı olan qardaşı Nizami Səfərova məxsusdur.

Yasin Rzayev pozulan hüquqlarını bərpa etmək üçün Səbail Rayon Məhkəməsinə müraciət edib. 400 min manat maddi, 50 min manat isə mənəvi ziyan tələb edib.

İşin daha maraqlı tərəfi isə budur ki, vətəndaşla şirkət arasında çəkişmə davam edən ərəfədə Aydın Ağasiyev adlı şəxs həmin torpaq sahəsinin sahibi kimi qələmə verilib. Bu günə qədər həmin torpaq sahəsi üzrə heç bir iddia və tələbi olmadığı halda Aydın Ağasiyev tikinti başlayan ərəfədə torpağın sahibi olduğunu deyib.

Aydın Ağasiyev məhkəməyə müraciət edərək Yasin Rzayevə məxsus torpaq sahəsinə verilən çıxarışın ləğv edilməsi istəyib. Bu mübahisə başlayan ərəfədə tikinti şirkəti ərazini zəbt edib və öz fəaliyyətinə başlayıb.

Aydın Ağasiyevin müraciəti ilə Bakı İnzibati Məhkəməsi Yasin Rzayevə məxsus çıxarışın ləğv edilməsi ilə bağlı qətnamə qəbul edib.

Yasin Rzayev vəkili İntiqam Hacıyev vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsi müraciət edib. Məhkəmə bu qətnaməni qanunsuz hesab edərək ləğv edib. Ali Məhkəmə də qərarı qüvvədə saxlayıb, Yasin Rzayevin çıxarışı qanuni hesab edilib.

İndi isə Yasin Rzayev Aydın Ağasiyevin ona məxsus torpaq sahəsinə görə əldə etdiyi sənədlərin qanunsuz olması və bu əsasla ləğv edilməsi üçün məhkəməyə üz tutub. Hazırda bu iş üzrə məhkəmə çəkişməsi davam edir.

Qeyd edək ki, Yasin Rzayevin vəkili İntiqam Hacıyevin sorğusuna əsasən Səbail Rayon İcra Hakimiyyəti başçısının Badamdar qəsəbə nümayəndəliyindən bildirilib ki, Aydın Ağasiyevə məxsus olduğu deyilən torpaq sahəsi üçün qəsəbə nümayəndəliyi tərəfindən yerləşmə cizgisi tərtib edilməyib.

Nümayəndəlikdən o da bildirilib ki, torpaq sahəsi icra hakimiyyəti tərəfindən şəhid qardaşı Yasin Rzayevə ayrılıb.

Bu məlumatları dərc etdikdən sonra redaksiyamıza maraqlı məlumat daxil olub. Məlumatı verən mənbə isə Bakı İnzibati Məhkəməsinin hakimlərindən biridir.

Hakim bildirir ki, Səfərov qardaşları bu günə qədər müxtəlif yollarla məhkəməyə təsirlərini göstəriblər.
"Səfərov qardaşlarının Bakı İnzibati Məhkəməsinin sədri Araz Hüseynovla yaxın münasibətləri var. Səfərov qardaşları əvvəlki sədrin vaxtında da məhkəməyə təzyiq edə bilirdi. Həmişə də adı çəkilən "MVVL VERUS Praedium” MTK-nın Ramiz Mehdiyevin kurasiyasında olduğunu deyirdilər. Bununla da məhkəmə təzyiq altında saxlanılırdı.

Şirkətin Ramiz Mehdiyevə məxsus olub-olmadığını deyə bilmərəm, amma Səfərov qardaşları məhz bu adla sədrə müraciət edirdilər. Məhkəmədə bu şirkətin əleyhinə demək olar ki, qərar çıxarılmayıb".

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid bulağının sökülməsi ilə bağlı icra hakimiyyətindən — AÇIQLAMA

    Şəhid bulağının sökülməsi ilə bağlı icra ...

    10-07-2017, 16:55

  • 
  • Millət vəkili şəhidin 40 mərasiminin keçirilməsinə pul tapdı...

    Millət vəkili şəhidin 40 mərasiminin ...

    22-01-2016, 12:37

  • 
  • Prezident İlham Əliyev bir qrup şəhidin anasına Azərbaycan vətəndaşlığı verdi

    Prezident İlham Əliyev bir qrup şəhidin anasına ...

    30-12-2020, 12:42

  • 
  • Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara satılır

    Bakıda bir sot boş torpaq sahəsi 1 milyon dollara ...

    27-12-2013, 22:51

  • 
  • Məmur özbaşınalığına məruz qalan şəhid ailəsinin harayı

    Məmur özbaşınalığına məruz qalan şəhid ailəsinin ...

    12-07-2016, 22:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu