Lənkəranda gəlinin qayınanası tərəfindən qəddarlıqla döyülməsi ilə bağlı bəzi təfərrüatlar məlum olub.
Yuxarı Nüvədi kənd bələdiyyəsinin sədri Raifə Məmmədzadə Lent.az-a bildirib ki, gəlinini döyən qayınana ruhi xəstədir:
“Qayınananın adı Girdənandır. Təxminən 70 yaşı olar. Uzun illərdir ruhi xəstəliklə bağlı müalicə alır. Lənkəran ruhi-əsəb dispanserində qeydiyyatdadır. Qızı gəlib yenə müalicəyə aparıb. Gəlin isə hamilə deyil. 24-25 yaşı olar. İki uşaq anasıdır”.
R.Məmmədzadənin sözlərinə görə, hazırda qayınana polis tərəfindən saxlanılıb:
“Polis gəlib gəlinin qayınanasını apardı. Amma gəlin ondan şikayətçi deyil. Düşüünr ki, ruhi xəstədir deyə, şikayət etməsin”.
***
Saat: 09:55
Lənkəranda qayınananın gəlini döyməsi ilə bağlı araşdırmalara başlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildirilib. Qeyd olunur ki, nazirliyin Lənkəran rayonu, Yuxarı Nüvədi kəndində qayınananın gəlinini amansızcasına döyməsi ilə bağlı yayılan görüntülərdən məlumatlıdırlar:
“Hazırda faktla bağlı rayon Polis Şöbəsində araşdırma aparılır”.
Qeyd edək ki, Lənkəranın Yuxarı Nüvədi kəndində adı hələlik açıqlanmayan qayınana hamilə gəlinini vəhşicəsinə döyüb. Hadisənin görüntüləri sosial şəbəkədə izləyicilərin sərt təpkisinə səbəb olub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?