Lerik rayonunda üç uşaq anasının boğazı kəsilərək qətlə yetirilib.
Hadisə Barzavu kəndində qeydə alınıb.
Belə ki, təxminən 40-45 yaşlarında olan Zəkifə Feyruz qızı Qəmbərova evində boğazı kəsilmiş vəziyyətdə aşkar olunub. Qadının kiçik oğlu evə gələndə anasını ölmüş vəziyyətdə görüb, qohumlara xəbər verib. Qətlə yetirilən qadının həyat yoldaşı Rusiyada yaşayır. Övladlarından kiçiyi anası ilə birlikdə qalır.
Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.
Mərhumun üzərində zorakılıq əlamətlərinin müşahidə olunduğu bildirilir.
Faktla bağlı Lənkəran Rayon Prokurorluğunda araşdırma aparılır./Report/
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?