Ufa (Başqırdıstan) şəhərində bir müddət əvvəl iki polis polkovniki və mayor tərəfindən təcavüzə məruz qalan keçmiş müstəntiq Gülnaz Fəthislamova məhkəmə tərəfindən əvvəlki işinə bərpa olunub.
Gundemxeber.az xəbər verir ki, polis idarəsindəki yüksək rütbəli həmkarları tərəfindən təcavüzə məruz qalan keçmiş müstəntiq onu zorlayanların həbs olunmasına nail olub.
Gülnazın xidmətdə əxlaqsız davranışlarla yadda qaldığını iddia edən keçmiş həmkarları hökmdən şikayət ediblər. Maraqlıdır ki, zorlanma hadisəsindən sonra Gülnazı polisdən uzaqlaşdırmışdılar. O da məhkəməyə müraciət edərək işə bərpa olunub. Onun fikrincə, həmkarları onu ləkələyiblər. Keçmiş həmkarları iddia ediblər ki, Gülnaz rəhbərləri ilə hər dəfə spirtli içki qəbul etdikdən sonra özünü anlaqsız vəziyyətə gətiribmiş.
GUNDEMXEBER.AZ
Sorğu
Yeni dizaynımız necədir?