Gundemxeber.az » Ölkə » Kirminal » POLİS ARVADINI NİYƏ ÖLDÜRÜB? - Hadisə yerindən GÖRÜNTÜLƏR + VİDEOLAR
Bu gün Nizami rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsində qeydə alınan qətllə bağlı təfərrüatlar məlum olub.
Lent.az-ın əldə etdiyi məlumata görə, qətlə yetirilən 2 azyaşlı uşaq anası, 26 yaşlı Xanım Məmmədova 24-cü Polis Şöbəsinə gələrək əri, Post Patrul Xidmətinin serjantı İsmayıl Məmmədov tərəfindən tez-tez döyüldüyünü bildirib.
Bundan xəbər tutan ər dərhal şöbəyə gəlib. Arvadının şöbədə izahat yazdığını öyrənən İsmayıl Məmmədov təhqiqatçının otağına daxil olub. Bu zaman ər-arvad arasında mübahisə düşüb. Daha sonra İ. Məmmədov üzərindəki tabel silahı ilə arvadına ard-arda atəş açmağa başlayıb. Bədəninin müxtəlif nahiyələrindən 6 güllə yarası alan qadın hadisə yerindəcə keçinib.
İ.Məmmədov qətli törətdikdən sonra polisə təslim olub.
Qətlə yetirilən Xanım Məmmədovanın xalası Nəsibə Məmmədova isə oxu.az-a açıqlamasında bildirib ki, İsmayıl Məmmədov qısqanc biri olub: “Biz heç vaxt onların ailəsinə qarışmadıq. Mən Bakıda yaşasam da, bacım qızı evlənəndən sonra heç vaxt bizə gəlməyib. Mənə telefon nömrəsini də verməyiblər. İ.Məmmədov onu heç vaxt evdən buraxmırdı”.
N.Məmmədova qeyd edib ki, bacısı qızı Bakı Dövlət Universitetinin Riyaziyyat fakültəsini bitirib: “Onlar ikinci kursdan tanış oldular, nişanlandılar. İki uşaqları var. Biri qız, biri oğlan. Böyük uşaqları bu il birinci sinfə getdi”.
Xalanın sözlərinə görə bacısı hadisədən xəbərsizdir:
“Yoldadır, gəlir, elə bilir yaralıdı”.
Hadisə yerindən videogörüntülər yayılıb.
Görüntülərdə polis əməkdaşları qətlə yetirilən qadını Post Patrul Xidməti avtomobilinə qoyduqları əks olunub.
Qeyd edək ki, bu gün səhər saat 09:00 radələrində Nizami Rayon Polis İdarəsinin Post Patrul Xidmətinin əməkdaşı, polis nəfəri İsmayıl Məmmədov xidmətdə olarkən həyat yoldaşı Xanım Məmmədovanı 24-cü Polis Şöbəsində xidməti silahdan atəş açaraq qətlə yetirib.
GUNDEMXEBER.AZ
30-09-2021, 14:40
30-09-2021, 10:33
27-12-2017, 12:47
1-10-2014, 10:54
29-12-2014, 12:56
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?