Prokurorluq Astarada baş verən qətl hadisəsi ilə bağlı məlumat yayıb.
Astara rayon prokurorluğundan bildirilib ki, oktyabrın 8-si saat 12 radələrində Astara rayonu, Şəmətük kəndi ərazisində 1961-ci il təvəllüdlü Mehparə Ağayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur. Aparılmış araşdırmalarla zərərçəkmişin qohumu 1994-cü il təvəllüdlü Gülsevər Ağayevaya şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Mehparə Ağayevaya bıçaqla çoxsaylı xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir. Faktla bağlı Astara rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır. Gülsevər Ağayeva şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur. Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. ***
13:01
Astara rayonunda gəlinlər arasında dava düşüb.
“Report” xəbər verir ki, hadisə Şəmətük kəndində qeydə alınıb. Belə ki, ailə münaqişəsi zəminində Gülçöhrə qayını arvadı Mehribana bıçaq xəsarətləri yetirib. Yaralı Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb. Qeyd edək ki, bir neçə ay əvvəl iki əmioğlu arasında münaqişə ölümlə nəticələnmişdi. Faktla bağlı araşdırma aparılır.
Sorğu
Yeni dizaynımız necədir?