Abşeron rayonu Xırdalan şəhərində yerləşən Abşeron Gənclər şəhərciyində meyit tapılıb.
Səhərcikdəki 48 nömrəli binanın 45 saylı mənzilində qismən çürüməyə məruz qalmış qadın meyiti aşkarlanıb. Bəlli olub ki, meyit 1986-cı il təvəllüdlü Əmirova Jalə Alı qızına məxsusdur. Onun həmin evdə kirayə yaşadığı məlum olub. Faktla bağlı zəruri ekspertizalar təyin edilib, araşdırma aparılır. 35 yaşlı qadının hansı səbəbdən, hansı şəraitdə və nə vaxt vəfat etməsi hələlik tam dəqiqləşməyib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?