Həbsdə olan jurnalist, “Azadinfo.az” MMC-nin təsisçisi Mahir Ələkbərovun barəsində olan cinayət işi Nəsimi rayon məhkəməsində icraata verilib.
Cinayət işi üzrə məhkəmə prosesinə hakim Azər Tağıyev sədrlik edəcək. Məhkəmə prosesinin hazırlıq iclası yaxın günlərdə təyin ediləcək. Xatırladaq ki, Mahir Ələkbərov (Xəttab) sentyabrın 9-da axşam saatlarında Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. O Yeni Azərbaycan Partiyasının Binəqədi rayon şöbəsinin sabiq sədri Ramiz Göyüşovdan 2 min manat almaqda təqsirləndirilir. M.Ələkbərov Cinayət Məcəlləsinin 182.1-ci (hədə qorxu ilə tələb etmək) maddəsi ilə ittiham edilir. İş üzrə toplanmış kifayət qədər sübutlar əsasında Mahir Ələkbərova Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham elan edilərək məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş və cinayət işi baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərilib./TREND/
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?