Gundemxeber.az » Ölkə » Kirminal » "İdeal" mağazalar şəbəkəsinin keçmiş sahibinə hökm oxunub - 6 İL İŞ KƏSİLDİ
Bakı Ağır Cinayətlər Məhkəməsində “İdeal” mağazalar şəbəkəsinin keçmiş sahibi İlqar İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. GUNDEMXEBER.AZ APA-ya istinadla xəbər verir ki, bu gün hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, İlqar İsmayılov verilmiş maddələrlə təqsirli bilinərək 6 il müddətinə azadlıqdan məhrum edilib.
İ.İsmayılovun Nərimanov rayonu, Alı Alıyev küçəsində yerləşən evinin üzərinə qoyulmuş həbs götürülüb.
Qeyd edək ki, İ.İsmayılov 2011-2017-ci illərdə tutduğu vəzifəsindən sui-istifadə edərək 680 min manata yaxın məbləğdə pul vəsaitini mənimsəməkdə təqsirləndirilir. Ona Cinayət Məcəlləsinin 179.3.2-ci və 308.2-ci maddələri ilə ittiham elan edilib, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
GUNDEMXEBER.AZ
7-04-2021, 10:29
21-04-2021, 15:52
7-02-2022, 13:31
15-11-2021, 16:09
6-12-2021, 12:28
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?