Gundemxeber.az » Ölkə » Kirminal » Şabran sakini anasını döyərək öldürüb
Şabranda oğul anasını döyə-döyə öldürüb. Bu barədə yerli KİV-lərə rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, martın 9-u saat 19 radələrində 1953-cü il təvəllüdlü Nuriyyə Nəzirovanın Şabran rayonu ərazisində yaşadığı evdə aldığı xəsarətlərdən ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılan ilkin araşdırmalarla zərərçəkmişin oğlu, 1986-cı il təvəllüdlü Məhəmməd Nazırovun sərxoş vəziyyətdə olaraq şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı Nuriyyə Nəzirovaya bədəninin müxtəlif nahiyyələrinə təpik və yumruqla çoxsaylı zərbələr yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Şabran Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Məhəmməd Nazırov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
GUNDEMXEBER.AZ
14-06-2021, 11:09
15-02-2021, 11:27
2-09-2020, 11:20
15-10-2021, 16:54
16-08-2021, 14:00
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?