GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Təfərrüat

Bakıda atalığının dəfələrlə təcavüz etdiyi qız canına qəsd etmək istədi - Təfərrüat

Tarix: 15-08-2022, 12:14 Bölmə :Kirminal Baxış: 292

Bakının Xəzər rayonunda 1985-ci il təvəllüdlü Lətif Aslanov (adlar şərtidir – red.) ögey qızı Aysuya qarşı seksual hərəkətlər edib.

Gundemxeber.az Bizim.Media-ya istinadla bildriir ki, hadisə 2021-ci ilin iyul və avqust aylarında baş verib.

İttihama görə, Lətif iyul ayının əvvəllərində təxminən saat 19 radələrində Xəzər rayonu, Zirə qəsəbəsi ərazisində yerləşən Zirə çimərliyində 2005-ci il təvəllüdlü Aysunu dənizdə üzmək adı ilə aldadaraq, ona qarşı seksual hərəkətlər edib.

Bundan başqa, Lətif Zirə çimərliyində iyulun 10-da və iyulun sonlarında yenə də Aysuya dənizdə üzməyi öyrətmək adı ilə seksual hərəkətlər edib.

Lətif ögey qızına qarşı daha bir əməlini həmin ilin avqustun 2-də törədib. O, həmin gün saat 18 radələrində yaşadığı evin yataq otağında Aysuya qarşı seksual hərəkətlər edib.

İstintaq orqanı tərəfindən Lətifin barəsində Cinayət Məcəlləsinin 153.1-ci (on altı yaşına çatmayan şəxsə qarşı zor tətbiq etmədən əxlaqsız hərəkətlər törətmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Xəzər rayon Məhkəməsinə göndərilib. İş araşdırılması üçün hakim Hüseyn Hüseynlinin icraatına verilib.

Məhkəmənin hazırlıq iclasında prokuror vəsatətlə çıxış edib.

Prokuror bildirib ki, Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü (Bu Məcəllənin 153.1 və ya 153.2-ci maddələrində göstərilən əməllər yetkinlik yaşına çatmayanı tərbiyə etmək vəzifəsi daşıyan şəxslər və ya yetkinlik yaşına çatmayana nəzarəti həyata keçirmək vəzifəsini daşıyan təhsil, tərbiyə, tibbi və ya digər müəssisənin müəllimi və ya digər işçisi tərəfindən əxlaqsız hərəkətlər törətməsi) maddəsinin əlamətləri müəyyən olunub.

Prokuror Cinayət Məcəlləsinin həmin maddələri ilə ittiham irəli sürülməsi məsələsinə baxılması üçün cinayət işinin baxılmasına xitam verilməsi və iş materiallarının ibtidai araşdırmaya prosessual rəhbərlik edən prokurora qaytarılması barədə qərar qəbul edilməsini xahiş edib.

Prokuror vəsatəti onunla əsaslandırıb ki, zərərçəkmiş Aysu təqsirləndirilən şəxsi öz doğma atası kimi qəbul edib:

“Təqsirləndirilən şəxsin zərərçəkmişə qarşı çimərlikdə etdiyi hərəkətlərin mahiyyətini tam dərk etmədiyi üçün onun pis fikirdə olmasını düşünmədiyini göstərib. Sonuncu dəfə evdə olan zaman atalığının ona qarşı etdiyi hərəkətləri anladığı üçün ona qarşı sərt mövqe bildirib və bıçaqla özünə qəsd etmək istəyib”.

Bundan başqa, ifadələrlə müəyyən olunub ki, Aysu atalığı tərəfindən 9 yaşından 11 yaşınadək olan müddət ərzində dəfələrlə onunla qeyri-təbii yolla cinsi əlaqədə olub, bir dəfə təbii yolla cinsi əlaqədə olub.

Məlum olub ki, təqsirləndirilən şəxs onu hədələdiyi üçün qız qorxub və buna görə heç kimə bu barədə heç nə deməyib.

Məhkəmədə həmçinin zərərçəkmiş şəxsin qanuni nümayəndəsi olan anası da işin ibtidai istintaqa qaytarılması barədə vəsatət verib. Nümayəndə Lətifin barəsində Cinayət Məcəlləsinin 153.3-cü maddəsi ilə yanaşı həmin məcəllənin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə də ittiham verilməsini istəyib.

Məhkəmə prokurorun vəsatətini təmin edib. Cinayət işi üzrə hazırkı icraata xitam verilib.

Cinayət işinin materialları təqsirləndirilən şəxsin başqa ittihamın irəli sürülməsi məsələsinə baxılması üçün ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılıb.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual xarakterli hərəkət edən manyak saxlanıldı

    Bakıda iyrənc olay: 4 uşağa qarşı seksual ...

    15-09-2018, 11:40

  • 
  • 63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ZORLADI - Azərbaycanda ŞOK

    63 yaşlı kişi 6 yaşlı qızı dəfələrlə MAŞININDA ...

    25-05-2019, 16:28

  • 
  • Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il zorlayıb - TƏFƏRRÜATLAR

    Şəkidə iyrənc cinayət: Ögey ata üç uşağı 7 il ...

    16-07-2017, 19:06

  • 
  • Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı müəllim həbs edildi

    Lerikdə hamilə qalan məktəbliyə görə 59 yaşlı ...

    8-04-2020, 16:36

  • 
  • Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi

    Bakıda 5 yaşlı qıza sataşan şəxsə cəza verildi ...

    12-10-2015, 19:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu