GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Generalın “Tərtər işi” ilə bağlı həbs olunduğu TƏSDİQLƏNDİ - RƏSMİ

Generalın “Tərtər işi” ilə bağlı həbs olunduğu TƏSDİQLƏNDİ - RƏSMİ

Tarix: 5-09-2022, 11:34 Bölmə :Kirminal Baxış: 276


“Tərtər işi” ilə bağlı daha bir neçə nəfər həbs edilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Tərtər, Ağdam, Beyləqan rayonları istiqamətində yerləşən hərbi hissələrində xidmət edən bəzi hərbi qulluqçuların qanunazidd əməlləri ilə əlaqədar 2017-ci ilin may-iyun ayları ərzində həmin bölmələrin və digər hərbi hissələrin bir qrup hərbi qulluqçusunun cinayət-prosessual qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq səlahiyyətlərə malik olmadıqları halda qanunsuzluqlar törətməkdə şübhəli hesab etdikləri şəxsləri sorğulama prosesinə cəlb edib onlara fiziki və psixi zor tətbiq etməklə zərərçəkmiş şəxslərin ölümünə və digər ağır nəticələrə səbəb olan işgəncəyə, qeyri-insani və ləyaqəti alçaldan rəftara məruz qoymaları faktları ilə əlaqədar cinayət işləri üzrə icraat təzələnmiş və Azərbaycan Respublikasının Baş prokurorunun birinci müavini tərəfindən prosessual rəhbərliyi həyata keçirilən istintaq qrupu tərəfindən 16 dekabr 2021-ci il tarixdən bütün istiqamətlər üzrə intensiv istintaq hərəkətləri aparılmaqdadır.

Bildirilib ki, ötən müddət ərzində işgəncəyə və digər qanunsuz əməllərə məruz qalmış 288 yeni şəxs müəyyən edilərək zərərçəkmiş şəxs qismində tanınmaqla işin halları üzrə tam, hərtərəfli dindirilib, onların məhkəmə-tibbi ekspertizadan keçirilmələri təmin edilib. Beləliklə, işgəncə faktları üzrə əvvəlki istintaq zamanı zərərçəkmiş kimi tanınmış şəxslərlə birlikdə cinayət işləri üzrə hazıradək ümumilikdə 405 zərərçəkmiş şəxs müəyyən edilib.

“İş üzrə zərərçəkmiş şəxslərin, habelə qanunsuz əməllərə yol vermiş hərbi qulluqçuların müəyyən edilərək dindirilməsi, eləcə də cinayət təqibi üzrə bütün halların hərtərəfli, tam və obyektiv araşdırılması istiqamətində tədbirlər davam etdirilir.

2017-ci ilin may-iyun aylarında dövlətə xəyanət faktlarının araşdırılması ilə əlaqədar işgəncəyə, fiziki və ya psixi təsirə, digər qanunsuzluqlara məruz qalan, lakin zərərçəkmiş şəxs qismində tanınmayan şəxslərdən Baş Prokurorluğun “961” Çağrı Mərkəzi, 012-361-16-47 nömrəli telefon, habelə [email protected] elektron poçt ünvanı, eləcə də prokurorluğun sosial şəbəkələrdəki səhifələri (“Instagram”, “Facebook”, “Telegram”, “Twitter”) vasitəsilə əlaqə saxlamaqla dindirilmələrindən ötrü istintaqa gəlmələri xahiş olunur.

Əvvəlki istintaq zamanı işgəncələr nəticəsində ölməsi müəyyən edilmiş şəxslərdən əlavə Təmkin Nizamioğlunun da işgəncələrə məruz qalması nəticəsində aldığı xəsarətlərdən xəstəxanada vəfat etməsi barədə sübutlar əldə edildiyindən, onun meyiti ekshumasiya edilib və keçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyi ilə də bu hal təsdiq olunub. Cinayət-prosessual qanunvericiliyə uyğun olaraq qeyd edilən şəxsin yaxın qohumunun zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınması təmin edilib.

Cinayət işinin istintaqı zamanı ayrı-ayrı hərbi qulluqçulara işgəncə verməsi, onları qanunsuz azadlıqdan məhrum etməsi və digər cinayət əməlləri ilə bağlı əsaslı şübhələr müəyyən edilən Orucov Bəkir Şirin oğlu (Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin İdeoloji İş və Mənəvi-Psixoloji Təminat İdarəsinin rəisi vəzifəsini icra edən, general-mayor - red.) və Əhmədov Ramil Bəşir oğlu Cinayət Məcəlləsinin  126.3 (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan qəsdən sağlamlığa ağır zərər vurma), 145.3 (qanunsuz azadlıqdan məhrum etmə), 293.3 (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza), 341.2.2 (vəzifə səlahiyyətlərini aşma) və 341.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib.

Həmçinin Məmmədov Rahib Ramazan oğlu Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2 və 341.2.3-cü maddələri təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmə qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Eyni zamanda hazırda cəza çəkən Cümşüdov Qurban Qədim oğlu və Ağadadaşov Cavid Zahid oğlunun məhkum edildikləri hallardan başqa çoxsaylı zərərçəkmiş şəxslərə qarşı qanunsuz əməllərə yol vermələrinə əsaslı şübhələr müəyyən edildiyindən Cinayət Məcəlləsinin 145.3, 293.2, 341.2.2, 341.2.3 və 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara müvafiq ittiham elan edilib.

Beləliklə, cinayət işləri üzrə icraatın təzələnməsindən ötən müddət ərzində ümumilikdə 17 nəfər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət məsuliyyətinə cəlb edilib, onlardan 12 nəfər barəsində məhkəmənin qərarları ilə həbs qətimkan tədbiri seçilib, 1 nəfər barəsində axtarış elan olunub, 4 nəfər isə başqa cinayətlərə görə cəza çəkmə müəssisələrində cəza çəkdikləri nəzərə alınmaqla barələrində qətimkan tədbiri seçilməyib.

Əlavə istintaq aparılması üçün prokurorluğun protesti əsasında məhkəmələr tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurora qaytarılan əvvəllər dövlətə xəyanət ittihamı ilə barələrində cinayət təqibi aparılmış, lakin sonradan bu hal öz təsdiqini tapmamaqla, hərbi xidmət əleyhinə və digər cinayətlərə görə məhkum olunmuş 26 şəxs barəsində cinayət təqibi ilə bağlı bütün hallar hərtərəfli, tam və obyektiv araşdırılaraq, onlardan 19 şəxs barəsində cinayət təqibinə bəraətverici əsaslarla, digər 7 şəxs barəsində olan təqibə müəyyən epizodlar üzrə bəraətverici, bir qisim epizodlar üzrə isə bəraətverici olmayan əsaslarla xitam verilməsi haqqında qərarlar qəbul edilib.

Həmçinin, Hüseynov Mehman Telman oğlu və Ağazadə Elxan Kəmaləddin oğlu barəsində dövlətə xəyanət ittihamı ilə aparılmış cinayət təqibinə öldüklərinə görə bəraətverici əsaslar olmadan xitam verilməsi haqqında qəbul edilmiş 19 dekabr 2017-ci il tarixli qərarlar qanunsuz və əsassız olduğundan Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən ləğv edilib və onlarla əlaqədar bütün halların tam, hərtərəfli və obyektiv araşdırılmaqla yekun qərarların qəbul edilməsi təmin ediləcək.

Bununla yanaşı, aparılan istintaq zamanı əldə edilmiş mötəbər sübutlar əsasında əvvəllər istintaqı aparılmaqla məhkəməyə göndərilmiş 3 cinayət işi üzrə dövlətə xəyanət və digər maddələrlə təqsirli bilinərək müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş ümumilikdə 19 şəxs barəsində Azərbaycan Respublikasının Baş prokuroru tərəfindən yeni açılmış hallarla əlaqədar həmin şəxslər barəsində olan məhkəmə qərarlarına yenidən baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumuna müraciət edilib.

İstintaqın gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək”, - Baş Prokurorluqdan qeyd edilib.


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Tərtər işi”ndə işgəncə görənlər Baş Prokurorluğa dəvət olunur

    “Tərtər işi”ndə işgəncə görənlər Baş Prokurorluğa ...

    21-12-2021, 14:57

  • 
  • Baş Prokurorluq, DİN və DTX-dən “Tərtər işi” ilə bağlı BİRGƏ AÇIQLAMA

    Baş Prokurorluq, DİN və DTX-dən “Tərtər işi” ilə ...

    18-12-2021, 12:16

  • 
  • "Tərtər işi"ndə öldürülən hərbçilərdən biri bəraət aldı - Rəsmi, Yenilənib

    "Tərtər işi"ndə öldürülən hərbçilərdən ...

    19-04-2022, 18:14

  • 
  • “Tərtər işi” üzrə həbs edilmiş hərbi qulluqçuların ailə üzvləri piket keçirib

    “Tərtər işi” üzrə həbs edilmiş hərbi ...

    6-09-2019, 15:47

  • 
  • Hüquq müdafiə təşkilatları “sifarişli həbslərə” son qoyulmasını tələb edən bəyanatla çıxış edib

    Hüquq müdafiə təşkilatları “sifarişli həbslərə” ...

    15-07-2022, 16:25


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu