Gundemxeber.az » Ölkə » Kirminal » Dəhşətli statistika – 19 günə 9 qadın öldürülüb
Azərbaycanda qadın qətli ilə bağlı dəhşətli statistika açıqlanıb. Statistikanı vəkil Zibeydə Sadıqova açıqlayıb
Gundemxeber.az xəbər verir ki, Zibeydə Sadıqovanın fevralın 19-da sosial şəbəkədə etdiyi paylaşıma görə, bu ay ərzində Azərbaycanda 9 qadın qətlə yetirilib:
– 2 fevral. Bakıda 14 yaşlı Günay Şadatova anasının sevgilisi tərəfindən bıçaqlanaraq;
– 4 fevralda Şəmkirdə iki uşaq anası olan 28 yaşlı Qənirə Şərifova qardaşı tərəfindən bıçaqlanaraq;
– 6 fevralda Cəlilabadda 31 yaşlı Aysel Abbasova keçmiş əri tərəfindən bıçaqlanaraq;
– 10 fevralda Bakıda 46 yaşlı Solmaz Mansurova oğlu tərəfindən bıçaqlanaraq;
– 11 fevralda Binə qəsəbəsində 55 yaşlı Pakizə Məmmədova əri tərəfindən bıçaqlanaraq;
– 16 fevralda Yevlaxda 20 yaşlı Başxanım Salmanova odlu silahla;
– 19 fevralda Sumqayıtda 28 yaşlı Samirə Məmmədzadə əri tərəfindən kəsici-deşici alətlə;
– 19 fevralda Tərtərdə 42 yaşlı Gülnar Məmmədova əri tərəfindən kəsici deşici alətlə;
– 19 fevralda Abşeronda 49 yaşlı Mehriban Hüseynzadə oğlu tərəfindən bıçaqlanaraq.
Qeyd edək ki, qətllərin əksəriyyətinin ailə üzvləri tərəfindən törədilməsi diqqət çəkib.
Gundemxeber.az
3-12-2013, 10:04
26-09-2013, 11:21
4-10-2019, 11:16
8-05-2019, 12:36
26-07-2019, 11:35
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?