Gundemxeber.az » Ölkə » Kirminal » Çoban Xanışın qızı ilə bağlı məhkəmə qərar verdi
Məşhur çoban Xanışın qızı Telli Şahıyeva cərimələnib.
Gundemxeber.az qaynarinfo-ya istinadla xəbər verir ki, aprelin 17-də Lerik Rayon Məhkəməsində hakim Atabəy Kiçibəyovun sədrliyi onun barəsində başlanmış inzibati işə baxılıb. Hakim Telli Şahıyevanın 200 manat məbləğində cərimələnməsi barədə qərar çıxarıb.
Telli Şahıyeva İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmama) ilə ittiham edilirdi.
Bu maddədə fiziki şəxslərin iki yüz manat məbləğində cərimə edilməsi və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq nəzərdə tutulur.
Gundemxeber.az
6-05-2019, 14:05
18-12-2020, 12:20
25-09-2019, 17:16
12-05-2022, 14:34
16-12-2020, 14:47
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?