Gundemxeber.az » Ölkə » Kirminal » Azərbaycanda cinsi istismara məruz qalan uşaqların sayı açıqlanıb
Ötən il müəyyən edilmiş 94 (-1) insan alveri qurbanından (93 qadın, 1 kişi) 93-ü Azərbaycan vətəndaşı, biri əcnəbi olub (Nigeriya Federativ Respublikasının vətəndaşı öz həmyerlisi tərəfindən Azərbaycanda istismar edilib).
Bu barədə Azərbaycanda insan alverinə qarşı mübarizəyə dair İnsan Alverinə Qarşı Mübarizə üzrə Milli Koordinatorun 2022-ci il üzrə hesabatında bildirilir.
Qeyd edilib ki, onlardan 82-i cinsi istismar məqsədilə Türkiyəyə, 1-i İrana aparılıb, 9-u ölkə daxilində cinsi istismara, 2-i isə məcburi əməyə məruz qalıb. Qurbanlardan 6-ı uşaq (hamısı qadın, cinsi istismar), 16-ı 18-25 və 41-i 25-35 yaş arası, 31-i 35-dən yuxarı yaş həddində olub.
Gundemxeber.az
6-02-2014, 14:08
1-03-2014, 16:28
1-08-2014, 01:46
23-10-2014, 12:22
26-11-2013, 14:49
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?