Amerika hüquq-mühafizə orqanlarının əməkdaşları Kaliforniya ştatında təxminən 40 ildir gizlənən qətldə şübhəli bilinən şəxsi həbs ediblər.
Gundemxeber.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb.
"Donald Santinin həbsi təxminən 40 illik gözləmədən sonra qurban və ailəsi üçün ədaləti təmin edir", deyə Florida ştatının Hillsborouq Kounti şerifi Çad Xronister bildirib.
65 yaşlı Donald Santinin 1984-cü ildə Florida ştatında bir qadının qətlinə görə həbs olunmamaq üçün 13 ləqəbdən istifadə etdiyi deyilir.
Həbs olunduğu zaman o, Kaliforniyada yerli Su Ehtiyatları Agentliyinin rəhbəri vəzifəsində işləyib. Santini qətl ittihamı ilə üzləşmək üçün Floridaya ekstradisiya edilib
O, ərindən boşanmaq prosesində olan 33 yaşlı qadının - Sintia Vudun qətlinə görə axtarışda idi. Santini 6 iyun 1984-cü ildə, detektivlər onun cəsədini kanalda aşkar etməzdən əvvəl qadınla birlikdə görülən sonuncu şəxs olub.
Santinin hekayəsi bir neçə dəfə Amerikanın Ən Çox Axtarılanlar televiziya şousunda - 1990, 2005 və 2013-cü illərdə təqdim olunub. Bundan əlavə, FTB başda olmaqla, bir çox qurum uzun illərdir ki, bu iş üzərində işləyir.
Santini üçün axtarışlar Texasda, Kaliforniyada və hətta Taylandda aparılıb, lakin müvəffəqiyyət qazanmayıb. Hüquq-mühafizə orqanları bu yaxınlarda onları Santininin yerləşdiyi San Dieqo dairəsinə aparan məlumat alıb.
Sorğu
Yeni dizaynımız necədir?