Abşeronda 20 yaşlı arvadını və 8 aylıq qızını öldürən şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Gundemxeber.az xəbər verir ki, bu barədə Abşeron Rayon Prokurorluğundan bildirilib.
Qeyd edilib ki, iyunun 20-də Abşeron rayonunun Qobu qəsəbəsində 20 yaşlı qadın və 8 aylıq körpəsinin qəsdən öldürülməsi faktına görə Abşeron rayon prokurorluğunda başlanmış cinayət işi üzrə 1993-cü il təvəllüdlü Fərid Hüseynli Cinayət Məcəlləsinin 120.2.4, 120.2.7 və 120.2.9-cu (xüsusi amansızlıqla və aşkar surətdə köməksiz vəziyyətdə olan iki şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib
Qeyd edək ki, hadisə iyunun 20-si Abşeron rayonu Qobu qəsəbəsində qeydə alınıb.
30 yaşlı Fərid Hüseynli yaşadıqları evdə 20 yaşlı arvadı Hüseyinli Leyla Əlişan qızı və 8 aylıq körpəsi Aylanı bıçaqlayaraq öldürüb. O, daha sonra intihar etmək məqsədilə özünə xəsarət yetirib, ağır vəziyyətdə xəstəxanaya çatdırılıb. Vəziyyəti ilə bağlı ilk olaraq onun barəsində həbsə alternativ qətimkan tədbiri seçilmişdi.
Leyla Bakı Dövlət Universitetinin üçüncü kurs tələbəsi olub. O, Biologiya müəllimliyi ixtisası üzrə təhsil alırmış.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?