Gundemxeber.az » Ölkə » Kirminal » Zelenskidən ikinci prezidentlik müddəti barədə açıqlama
Ukrayna Prezidenti Volodimir Zelenski 2024-cü ildə seçkilərin keçiriləcəyi təqdirdə ikinci müddətə namizəd olmaq niyyətində olduğunu bildirib.
O, çətin anlarda ölkəsini heç vaxt tərk etməyəcəyini vurğulayıb.
Ukrayna lideri seçkilərin 2024-cü ildə keçirilməli olduğunu desə də, qeyd edib ki, ölkə konstitusiyasında seçkilərin hərbi vəziyyətdə keçirilməsi nəzərdə tutulmayıb.
“Hal-hazırda bizim qanuni olaraq seçki keçirmək hüququmuz yoxdur”, - Zelenski deyib. Eyni zamanda prezident əlavə edib ki, o, “qanunvericiliyə dəyişikliklər etməyə hazırdır”.
Dövlət başçısı bildirib ki, 2024-cü ildə Ukraynada növbəti prezident seçkiləri yalnız müharibə bitdiyi təqdirdə keçirilə bilər.
Məlumat üçün qeyd edək ki, Ukraynada səkkizinci prezident seçkiləri 2024-cü il martın 31-nə təyin edilib.
Gundemxeber.az
19-04-2019, 09:41
22-04-2019, 13:50
21-07-2019, 17:23
21-04-2021, 09:55
20-05-2019, 13:19
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?