Gundemxeber.az » Ölkə » Kirminal » Özünü binadan atan qızın sevgi məktubları ətrafa dağıldı - XIRDALANDA ŞOK
Xırdalanda baş verən intiharla bağlı təfərrüatlar məlum olub.
GUNDEMXEBER.AZ bilddirir ki, Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə bu gün saat təxminən 10 rasələrində şəhər ərazisində yerləşən “Abşeron City” yaşayış kompleksində baş verib.
Hadisədən dərhal sonra intihar edən qızın 15 yaşında olması bildirilsə də araşdırmalar zamanı onun tələbə olduğu məlum olub. Adı hələlik açıqlanmayan qız binanın 8-ci mərtəbəsinin blokundakı açıq pəncərədən özünü atıb.
Məlumata görə, qız binanın mühafizəçisinin yanından deyil, arxa tərəfdəki başqa bir yoldan yaşayış kompleksinə daxil olub. Sakinlərin sözlərinə görə, həmin yolu ancaq buranı tanıyan adamlar bilir. Onlar bildirib ki, yaşadıqları binada repetitorlar çoxdur. Ehtimal görə, qız bəlkə də əvvəllər bu binaya hazırlığa gəlib və buna görə də ərazini tanıyıb.
İntihar edən qız birinci kursda oxuyurmuş. Hadisə zamanı o, pəncərəyə çıxaraq təxminən 1 dəqiqə ərzində telefonla kiminləsə yazışıb. Özünü atarkən əlində olan qutu açılaraq tökülüb. Həmin qutudan sevgi məktubları ətrafa dağılıb. Məktublarda “Səni sevirəm” və s. sözləri yazılıbmış.
Qızın özünü atmasını görən mühafizə xidmətinin əməkdaşı qışqıraraq mane olmağa çalışsa da, yeniyetmə məhəl qoymayıb. Mühafizəçinin polisə və təcili tibbi yardıma verdiyi məlumatdan sonra qızın valideynləri də əraziyə gəlib.
Hazırda Abşeron rayon prokurorluğunda araşdırma aparılır.
GUNDEMXEBER.AZ
12-11-2017, 21:26
26-11-2015, 18:12
24-10-2018, 15:11
21-11-2018, 15:00
23-07-2018, 13:02
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?