Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qanunsuz yolla Ukrayna pasportları hazırlayıb pul vəsaiti müqabilində satan transmilli cinayətkar qrupun üzvlərinin saxlanıldığı haqqında məlumat yayıb.
DTX-nin məlumatında deyilir ki, aparılan araşdırmalar zamanı Ukraynanın Lvov şəhərində yaşamış İbadət Nuriyev, İstanbulda yaşayan Fərid Bağırov və digərlərinin qabaqcadan əlbir olan bir qrup şəxs halında 2023-cü ilin yanvar ayından etibarən ayrı-ayrı şəxslər üçün Ukraynaya məxsus pasport, şəxsiyyət və sürücülük vəsiqələrini, o cümlədən digər sənədləri qeyri-qanuni yolla hazırlayıb, hər birini 30 000 ABŞ dollarınadək müxtəlif məbləğlərdə pul vəsaiti müqabilində satmaları müəyyən edilib.
"Adı çəkilən şəxslər saxlanılıb və Azərbaycanda istintaqa cəlb edilmələri təmin olunub, hüquq verən və vəzifədən azad edən vəsiqə və digər rəsmi sənədləri istifadə etmək məqsədilə qanunsuz hazırlama, bu cür saxta sənədləri satma və digər cinayət əməllərinə görə onlara ittiham elan edilib.
Araşdırmalarla həmçinin müxtəlif dövlətlərdə saxta sənədlərlə hərəkət edən şəxslər müəyyənləşdirilib", məlumatda qeyd edilir.
Bununla yanaşı, həbs edilən şəxslərin yaxınları, vəkilləri, həmçinin rəısmi Kyiv bununla bağlı mövqe bildirməyib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?