Gundemxeber.az » Ölkə » Kirminal » "Gənclik Mall"da autizmli gənc döyülüb, DİN araşdırmalara başlayıb - FOTO
Bakıda "Gənclik Mall"da autizmli gənc döyülüb.
Bu barədə “Birgə və Sağlam” İctimai Birliyinin sədri Aytən Eynalova məlumat yayıb.
Onun sözlərinə görə, bir neçə gün əvvəl autizmli gənc Kənan Məmmədov ticarət mərkəzində naməlum şəxs və ya şəxslərin hücumuna məruz qalıb. Hadisə zamanı K.Məmmədov üz nahiyəsindən xəsarətlər alıb. A.Eynalova hadisənin hansı səbəbdən baş verdiyinin məlum olmadığını bildirib.
Təşkilat sədri hadisə ilə bağlı polisə məlumat verildiyini, həmçinin daxili işlər naziri general-polkovnik Vilayət Eyvazova məktub göndərildiyini xatırladıb.
Məsələ ilə bağlı "Gənclik Mall" açıqlama yayıb. Ticarət mərkəzindən baş vermiş hadisə ilə bağlı təəssüfləndikləri bildirilib. Qeyd edilib ki, "Gənclik Mall" hadisə ilə bağlı aidiyyəti dövlət qurumları ilə birlikdə araşdırma aparmağa hazırdır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti İdarəsinin rəis müavini Zeyni Hüseynov isə deyib ki, məlumat icraata qəbul edilib. DİN rəsmisi araşdırma aparıldığını və nəticəsi barədə məlumat veriləcəyini söyləyib.
Gundemxeber.az
9-12-2017, 18:46
6-12-2017, 16:26
18-12-2018, 11:39
2-11-2017, 13:10
2-01-2015, 22:46
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?