Gundemxeber.az » Ölkə » Kirminal » Həbsdəki nazirə işgəncə verdirən general özü məhbəs həyatı yaşayacaq - TƏFƏRRÜAT
Xəbər verdiyimiz kimi, Naxçıvan Muxtar Respublikasının Penitensiar Xidmətin rəisi olmuş Tofiq Həsənov 10 il azadlıqdan məhrum edilib.
General-mayor rütbəsində olan Tofiq Həsənov mənimsəmədə və çoxsaylı cinayətlərdə ittiham olunur.
Naxçıvan Ağır Cİnayətlər Məhkəməsinin hökmündə onun rütbəsindən və xidmət dövründə aldığı təltiflərdən də məhrum edilməsi üçün aidiyyatı üzrə təqdimat göndərilib.
Tofiq Həsənovun Naxçıvan həbsxanalarındakı işgəncə faktları da üzə çıxıb.
Məlum olub ki, Tofiq Həsənov bir neçə il əvvəl həbsdə olan Naxçıvan Muxtar Respublikasının sabiq milli təhlükəsizlik naziri Vəli Əsgərova qarşı da çoxsaylı qanunsuzluqlar edib.
Belə ki, o cəza çəkən zaman Vəli Əsgərovun ailə üzvləri ilə görüşlərinə qadağalar qoyub.
“Həbsdə olduğu zaman Vəli Əsgərova yalnız ailə üzvləri ilə görüşməsi üçün bir dəfə şərait yaradılıb” deyə onun yaxınları Gununsesi.info-ya deyib.
Bundan başqa Tofiq Həsənov sabiq naziri insan ləyaqətini alçaltdıran formada saxlatdırıb, ona qarşı ən amansız münasibət sərgilətdirib./gununsesi.info/
22-01-2016, 16:06
15-11-2023, 23:12
29-12-2018, 12:04
3-06-2016, 16:11
2-05-2016, 12:31
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?