Beynəlxalq axtarışda olan şəxslər Rusiyadan Azərbaycana gətirilib.
Gundemxeber.az bildirir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, qarşılıqlı anlaşmaya uyğun olaraq Azərbaycan Respublikasının vətəndaşları Bolayev Fərid Rəşidoviç, Xəlilov Səməndər Sarif oğlu, Babayev Pənah Əhliman oğlu və Məşədiyev İlham Qabil oğlu ölkəmizə ekstradisiya ediliblər.
Qeyd edək ki, həmin şəxslərin Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən, barələrində təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərarlar qəbul edilib. İstintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
"Qeyd olunan şəxslər Rusiya Federasiyasının ərazisində saxlanılaraq 23.08.2024-cü il tarixdə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər”.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?