Gundemxeber.az » Ölkə » Kirminal » Blogerin əri arvadının paylaşımına görə şantaj edildi
Bakı Apellyasiya Məhkəməsində hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən S.S.n barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Emin Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, şikayət təmin edilməyib.
İttihama görə, S.S. 25 noyabr 2022-ci il tarixdə “Instaqram” sosial şəbəkəsində zərərçəkmiş M.M-nin (şərti) arvadının istifadəsində olan hesabında paylaşdığı şəkilləri “scrin” edərək, “Pulsuz.görüşən” hesabında paylaşıb. O, həmin şəkillər barədə əxlaqsız, təhqiredici, eləcə də rusvayedici məlumatlar yazıb.
S.S. bu yazıların sosial şəbəkədən silinməsi məqsədilə zərərçəkmiş şəxsdən hədə-qorxu ilə pul tələb edərək ondan ümumilikdə 295 manat pul alıb.
Məhkəmə iclasında zərərçəkmiş M.M. bildirib ki, arvadı influencer-blogerdir, günlərin bir günü qeyri-sosial şəbəkədə qadının şəkillərinin altından lazımsız sözlər yazılıb, sonra paylaşılıb. Digər insanlar da bunu zərərçəkmişə göndərməyə başlayıb. Sonra zərərçəkmiş M.M. həmin səhifəyə yazıb ki, bunları silsin, orada da həm yoldaşının, həm də uşağının şəkilləri olub. Ondan sonra M.M. özü ona təklif edib ki, bunun qarşılığında nə lazımdırsa, ödəməyə hazırdır. M.M. qeyd edib ki, şikayətini polis idarəsinə bildirməzdən əvvəl birinci özü istəyib, sonra bu təkrar olunmasın deyə gedib şikayətini edib.
Yasamal Rayon Məhkəməsinin hökmü ilə S.S. 3 il müddətinə azadlıqdan məhrum edilib və o, məhkəmə iclas zalından həbs olunub./pravda.az/
7-12-2018, 10:49
7-12-2018, 10:53
17-10-2018, 18:08
13-12-2018, 12:09
11-09-2016, 14:18
Sorğu
Yeni dizaynımız necədir?