Ağcabədi rayonu Taxtakörpü qəsəbəsi ərazisində intihar hadisəsi baş verib.
Dünən saat 08 radələrində Kamallı kənd sakini Faiq Həsənova məxsus fermada çoban işləyən Bakı sakini 1977-ci il təvəllüdlü Nikolay Mixayiloviç Lanşov özünü güllələyib.
O, baş nahiyəsinə tüfəngdən atəş açaraq həyatına son qoyub.
Hadisə yerindən F.Həsənova məxsus müvafiq sənədləri olmayan 1 ədəd ov tüfəngi götürülüb.
Faktla bağlı Laçın Rayon Prokurorluğunda araşdırma aparılır
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?