GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Kirminal » Ali Məhkəmə “mahmudovçu” eks-generalın azadlıq istəyini təmin etmədi – HƏBSDƏ QALACAQ

Ali Məhkəmə “mahmudovçu” eks-generalın azadlıq istəyini təmin etmədi – HƏBSDƏ QALACAQ

Tarix: 22-04-2025, 12:44 Bölmə :Kirminal Baxış: 87


Ali Məhkəmədə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub - red.) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor rütbəsi alınmış Elçin Quliyevin kassasiya şikayətinə baxılıb.


 Elçin Quliyev cəza qalan hissəsindən azad edilməsini xahiş edirdi.

Məhkəmə onun şikayətini təmin etməyib.

Elçin Quliyev ötən il Xəzər Rayon Məhkəməsinə müraciət edərək vaxtından əvvəl azadlığa buraxılmasını istəmişdi. Xəzər rayon Məhkəməsi onun şikayətini təmin etməmişdi.

O, məhkəmənin qərarını mübahisələndirmişdi. Lakin Bakı Apellyasiya Məhkəməsi Xəzər Məhkəməsinin qərarını qüvvədə saxlayıb, Elçin Quliyevin şikayətini təmin etməyib. Məhkəmə hesab edib ki, 10 il 6 ay azadlıqdan məhrum edilmiş Elçin Quliyevin məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülməsi mümkün deyil. Məhkum Elçin Quliyev cəzasının 2/3 hissəsini çəksə belə, ciddi rejimli cəzaçəkmə müəssisəsində saxlanıldığı üçün yeri dəyişdirilə bilməz.

Qanuna görə, yalnız ümumi rejimli cəzaçəkmə müəssisində saxlanılan şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülə bilər. Bundan əvvəl Xəzər Rayon Məhkəməsi də eyni səbəbdən müraciəti geri qaytarmışdı. Yuxarı instansiya məhkəməsi də şikayəti əsassız olduğundan rədd edib.

Qeyd edək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsində saxlanılan şəxs müəyyən vaxtlarını azadlıqda keçirə bilir.

Bəs Elçin Quliyev hansı əməllərinə görə həbsdədir?

Bu suala ən yaxşı cavab vaxtilə onun müavini olmuş polkovnik İlqar Əliyevin istintaqa verdiyi ifadədə yer alır.

İlqar Əliyev Elçin Quliyevdən fərqli olaraq MTN-dəki “təmizləmə” əməliyyatı başlayandan dərhal sonra qandallanmışdı. Elçin Quliyevin özünü isə həbs etməmişdilər, MTN Akademiyasına müəllim göndərmişdilər. Az sonra İlqar Əliyev saxlanıldığı Bakı İstintaq Təcridxanasından “bildiklərimi danışacağam” ismarıcları verməyə başladı. Az keçmədi ki, təcridxana kamerasında asılmış cəsədi aşkarlandı. Həmin vaxt həbsdə olan, Bakı İstintaq Təcridxanasında saxlanılan MTN-in İdarə rəisi Akif Çovdarov məhkəmədə İlqar Əliyevin döyülərək öldürüldüyünü, sonradan isə asıldığını açıqladı. Ardından Elçin Quliyevin İlqar Əliyevin yasına qatılaraq orada bildiklərindən danışdığı xəbəri gəldi.

Bundan sonra isə onu MTN Akademiyasındakı müəllim vəzifəsindən çıxarıb qandalladılar. Yeri gəlmişkən, bunun üçün xeyli əsaslar vardı. Elçin Quliyevin həbsindən sonra bəlli olurdu ki, İlqar Əliyev istintaqa onun barəsində bir xeyli ifşaedici məlumatlar verib. Elə Elçin Quliyev və 3 MTN zabitinin işi üzrə məhkəmə araşdırmaları aparılarkən aydın oldu ki, bir çox epizodlarda İlqar Əliyevin adı hallanır. İlqar Əliyev də digər həbs edilən MTN zabitləri kimi saxlanıldıqları ilk gündən istintaqa ifadə veriblər.

İlqar Əliyevin ifadəsini 3 may 2017-ci ildə Musavat.com-da “MTN polkovnikinin intihardan əvvəl verdiyi sensasion ifadə yayıldı - Eldar Mahmudov...” sərlövhəsi altında yaymışdıq.

İlqar Əliyev qeyd edilən ifadəni 2015-ci il dekabrın 15-də, saxlanıldığı Bakı İstintaq Təcridxanasında verib. 5 gün sonra, dekabrın 20-də saxlanıldığı kamerada asılmış cəsədi aşkarlanıb.

Təqsirləndirilən şəxs qismində ifadə verərkən İlqar Əliyev sabiq nazir Eldar Mahmudovun əməllərini ifşa edib. O, zərərçəkmiş Maqsud Mahmudovun epizodu üzrə ifadə verərkən deyib ki, sabiq nazir Eldar Mahmudov Tərlan adlı şəxs barəsində təqsirləndirici material toplanması barədə baş idarə rəisi Elçin Quliyevə şifahi göstəriş verib.

Elçin Quliyev də bu məsələ ilə məşğul olmağı ona tapşırıb. İlqar Əliyev sabiq nazirin əmrini necə yerinə yetirmələrini belə izah edib:

“Mən də Tərlan adlı şəxsin istifadəsində olan telefon danışıqlarına dair məlumatları əldə edərkən, onun Mark Şamilov adlı bir şəxslə konfliktinin olduğunu müəyyən etdim. Bundan sonra Markı MTN-ə dəvət edərək Tərlanın qanunsuz əməlləri barədə məlumat əldə etdik. Bu barədə sabiq nazirə məruzə edildi. Daha sonra Tərlan adlı şəxs Bakı şəhər prokurorluğunda aparılan cinayət işi üzrə həbs olundu. Sonra bizə kömək edən Mark Şamilov isə Maqsud Mahmudov adlı şəxsin onun torpaq sahəsini zəbt etdiyini bildirərək köməklik etməyimizi xahiş etdi”.

MTN-də iş adamı Maqsud Mahmudovdan hədə-qorxu ilə pul alındığını etiraf edən İlqar Əliyev ifadəsinə bunları əlavə edib:

“Daha sonra Elçin Quliyevə məruzə edərək razılığını aldıqdan sonra Maqsud Mahmudovu MTN-ə dəvət etdik. Bu işi Antiterror mərkəzinin əməkdaşı Azər Mehdiyevə tapşırdım. Sonra Antiterror mərkəzinin zabiti Ayaz Gərayzadə Maqsudun onun tanışı olduğunu deyərək kömək etməyimizi xahiş etdi.

Azər Mehdiyev Maqsudu dəvət etdikdən sonra xidməti otağında ona hədə-qorxu gəlmişdi. Buna görə də Maqsudun otaqda halı pisləşmişdi. Azər yanıma gələrək Maqsudun 50 min dollar vermək istədiyini bildirdi. Mən də bu barədə Elçin Quliyevə məruzə etdim. Elçin Quliyev isə 50 min dolların az olduğunu, 200 min verilməsini tələb etdi. Azər yenidən gələrək Maqsudun 150 min dollardan artıq pul verə bilməyəcəyini dedi.

Elçin Quliyev də mənim yanımda sabiq nazirə məruzə edərək çağırdıqları Maqsud adlı şəxsin 150 min dollar verə biləcəyini bildirdi. Sabiq nazir də razılıq verərək Maqsudun MTN-dən çıxmasına icazə verdi. Mən də bu barədə Azərə bildirərək Maqsudun MTN-dən çıxmasına icazə verdim. Maqsud ödəməli olduğu pulları bir neçə dəfəyə gətirərək Azərə verdi. Azər də öz növbəsində mənə verdi. Hətta bəzi vaxtlarda Maqsud pulları vaxtında verə bilməyəndə pulun əvəzinə Ayaz Gərayzadə vasitəsi ilə brilyant və ya digər qızıl-zinət əşyaları göndərirdi.

Mən isə hər dəfə həmin əşyaları Ayazın özünə qaytararaq, Maqsudun söz verdiyi pulları gətirməsini tələb edirdim. Maqsudun pulları gətirməyəcəyindən ehtiyatlanaraq onun ölkədən çıxışına qadağa qoymuşduq”.

Polkovnik qeyd edib ki, iş adamı Maqsud Mahmudov iki ay ərzində 150 min dolların cəmi 120 minini verib. İlqar Əliyev iş adamından alınan 120 min dolların necə bölünməsi haqda da danışıb.

O deyib ki, general Elçin Quliyevə, Eldar Mahmudova 120 min dolları məruzə edib. Sabiq nazir həmin puldan 70 min dolların köməkçisi Vüqar Mahmudova verilməsini, qalan 50 min dolların isə baş idarə daxilində bölünməsini tapşırıb.

“Elçin Quliyev 70 mini Vüqar Mahmudova göndərdi. 20 mini özü götürdü, 10 mini mənə verdi, 10 mini isə öz aralarında bölmələri üçün Azər Mehdiyev və Ramil Hümbətova verdi. 10 min dollarını isə ərizəçi Mark Şamilova verməsi üçün Ramil Hümbətova verdi”, - deyə İlqar Əliyev ifadəsinin sonunda deyib.

Qeyd edək ki, Elçin Quliyev 2015-ci ildə həbs edilib. Bakı Hərbi Məhkəməsinin hökmü ilə general 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə onun rütbədən məhrum edilməsi barədə ölkə Prezidentinə təqdimat göndərilməsi haqqında qərar qəbul edib. Elçin Quliyevə qarşı Dövlət Təhlükəsizliyi Xidmətinin 7 milyon manatlıq mülki iddiası təmin olunub. Təqsirləndirilən şəxsin üzərinə həbs qoyulmuş mülklərinin müsadirə olunması barədə də qərar qəbul edilib./musavat.com

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudovun əsas adamı həbsdə qaldı

    Eldar Mahmudovun əsas adamı həbsdə qaldı ...

    12-06-2024, 23:51

  • 
  • Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına köçürülmək istəmir

    Keçmiş MTN generalı Bakı İstintaq Təcridxanasına ...

    25-02-2020, 15:38

  • 
  • Elçin Quliyev “zon”a köçürülür - SABİQ MTN GENERALI BARƏDƏ HÖKM QANUNİ QÜVVƏYƏ MİNDİ

    Elçin Quliyev “zon”a köçürülür - SABİQ MTN ...

    25-04-2018, 15:56

  • 
  • MTN generalı Ali Məhkəməyə müraciət etdi

    MTN generalı Ali Məhkəməyə müraciət etdi ...

    20-08-2018, 11:44

  • 
  • Ali Məhkəmə Mehman Hüseynovun kassasiya şikayətini təmin etməyib

    Ali Məhkəmə Mehman Hüseynovun kassasiya ...

    25-06-2018, 17:23


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu