İnternetdə izlənmə rekorduna görə öndə olan və toy mərasimində bəylə gəlinin tortkəsməsi zamanı baş verənlərin təfərrüatları məlum olub. Belə ki, adətə görə, ilk öncə gəlin tortdan bir dilim bəyə yedirib. Gəlin eyni hərəkəti qarşı tərəfdən gözləsə də, bəy tort dilimini nümayişkaranə şəkildə özü yeyib. Sonra da öz hərəkətinə gülməyə başlayıb. Baş verənlərdən pərt olan gəlin gülümsəməyə çalışaraq, tortu özü yeməyə başlayıb. “Gündəm Xəbər” bildirir ki, bəyin həmkəndlilərinin Brifinq.com-a verdiyi məlumata görə, Gürcüstanın Qardabani rayonunun Muğanlı kəndində baş tutan toyda, bəyin gəlinə qarşı qəribə davranışlar nümayiş etdirməsi, gəlinin onunla ailə qurmaq istəməmisi olub. Qızı zorla qaçıran oğlanın uzun müddət Rusiyada yaşadığı və rus qadınla evli olduğu bildirilir. Ona görə də qız oğlanla evlənmək istəməyib. Amma, buna baxmayaraq ailəsinin gəlini təkid etməsindən sonra qız evlənməyə məcbur olub. Muğanlı sakinlərinin danışdıqlarına görə, toyda bəyin gəlinə qarşı lovğa hərəkətlərinin səbəbi də, məhz onun gəlini "cəzalandırmaq" istəyi olub. Əslində “Gündəm Xəbər” olaraq bildirək ki, bəyin atdığı addımlara heç cür haqq qazandırmaq olmaz. Çünki, bir millət olaraq dədə-babadan qalma adət-ənənəmiz var ki, həmin adət-ənənələr də bugünkü nəsl tərəfindən həm yaşadılmalı, həm də gələcək nəsllərə də ötürülməlidir. Bu belə olduğu halda kim hansı əsasla bəyin atdığı addımlara haqq qazandıra bilər? Ümumi çəkilişə diqqət yetirdikdə onu da müəyyən etmək olur ki, gəlin olub-keçənləri bağışlamaq istəyir və özünü qürurlu aparır. Amma bəy isə, lovğa hərəkətləri ilə lovğalanır və mental dəyərlərimizlə uzlaşmayan addımlarını da atır. Bəy o halı da unudur ki, yanındakı zərif cinsin nümayəndəsidir və gəlinə qarşı sərgilədiyi yanaşma, məhz onun ədəbsizliyinə də bir işarədir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?