İran yığmasının azarkeşləri DÇ-2018-in final mərhələsinin püşkatma mərasimini izləyə bilməyəcəklərindən ehtiyatlanırlar.
Püşkatma mərasimi İranın dövlət kanalı IRIB vasitəsilə yayımlanacaq.
Azarkeşlər ehtiyat edirlər ki, mərasimin aparıcılarından biri olacaq Mariya Komandnaya seksual geyinsə, dövlət kanalı yayımı dayandıracaq.
Ona görə də iranlı azarkeşlər Mariyaya müraciət ediblər. Mariya cavabında bildirib ki, ciddi geyimdə olacaq: "İnstagram”da minlərlə iranlı azarkeş ona müraciət edərək, tədbir zamanı seksual paltar geyinməməyi xahiş ediblər: "Xahiş edirik, mərasim üçün elə paltar seçin ki, biz püşkatmanı tam izləyə bilək”.
Sorğu
Yeni dizaynımız necədir?