Bakıda özünü eyvandan ataraq intihar etdiyi deyilən Susanna Şərifovanın ölümü ilə bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi davam edir.
Bu barədə AzNews.az-a şairə Simuzər Baxşıyeva (Nüsrətbəyli) bildirib. O, gəlininin intiharı ilə bağlı gedən məhkəmə prosesinə əməkdar artist, Akademik Milli Dram Teatrının aktrisası Mehriban Xanlarovanın qarşı tərəfə dəstək verdiyini açıqlayıb:
“Mehriban Xanlarova Susannanın ailəsinə dəstək verir. Ancaq Mehriban bilsin ki, Allah onun cəzasını verəcək. Mənim iki körpəmin ahı Mehriban Xanlarova və onun balalarını tutacaq. Mehriban bütün günü Susannanın ailəsini ora-bura çəkir. Səviyyəsiz insandır. Mən onları ATV-də gördüm. Bütün bu işlərin hamısını Mehriban edir. Mən xalq artisti, millət vəkili Zeynəb Xanlarovaya məktub yazacam. Həm də teleqram vurub deyəcəm ki, çox təəssüf edirəm ki, sizin kimi ziyalı bir xanımın belə şərəfsiz, səviyyəsiz, cındır qardaşı qızı var. O, sizin familiyanızı daşıyır. Zeynəb xanım yerini bilən xanımdır. Mehriban neyləyəcək? Özü yanacaq. Allah onu necə cəzalandırdı… gərək özü yanaydı, amma körpəsi yandı. Mənim balarımın ahı tutub onu”.
Simuzər Baxşıyeva qeyd edib ki, o, nəvələrini Susannanın ailəsi ilə görüşməyə icazə vermir: “Ona uşaq göstərmərəm. Aparıb uşağı tualetə, atasının əlehinə danışdırıb və sonra həmin videonu aparıb prokurorluğa verib. Onların planları olub. Sən demə, məni öldürüb, oğlumu da həbs etdirib evimizə sahib olmaq istəyiblər. Mən bunu hadisədən sonra bilmişəm. Allahım buna yol verməyib”.
Qeyd edək ki, ötən ilin may ayında Bakı şəhəri, Nəsimi rayon sakini Sussana Şərifova yaşadığı binadan özünü ataraq intihar edib. Məsələ ilə bağlı Susana Şərifovanın anası, Lənkəran rayon sakini olan Şərifova Olqa Alekseyevna iddia edib ki, qızı əslində intihar etməyib, öldürülüb.
Faktla bağlı Nəsimi rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi açılıb. S.Şərifovanın həyat yoldaşı Əbülfəz Baxşıyev şübhəli şəxs qismində tutulub.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?