Oğlunun ölümündən sonra "Mənim üçün həyat bitdi" deyib, bir daha oxumayacağını bəyan edən Zöhrə Abdullayeva səhnəyə hansı şərtlə qayıdacağını açıqlayıb.
Əməkdar artist yalnız mərhum oğlunun istəyilə oxuyacağını deyib:
"Yuxuma gəlmir, nə zaman gəlib desə ki, ana, oxu, səsinçün darıxmışam, o zaman oxuyacam".
Zöhrə xanım yeganə övladını itirdikdən sonra dərddən tanınmaz hala düşdüyünü etiraf edib:
"Məni görən tanımır. Sanki bir ruh kimi bərzaq aləmindəyəm. Yaşamaq istəmirəm. Məni səhnədə görəndə çox sevinirdi. Son dəfə xahiş etdi ki, onunçun oxuyum. Oxudum, bir neçə saatdan sonra dünyasını dəyişdi. Beşiyinin başında oxuduğum laylasını dinlədi. Bu, balamın sonuncu laylası idi".
Xatırladaq ki, Zöhrə Abdullayevanın yeganə övladı – 47 yaşlı İsrafil Abdullayev 24 may 2018-ci ildə vəfat edib. O, beyin xərçəngindən əziyyət çəkirdi. İ. Abdullayev Dövlət Gömrük Komitəsinin Astara rayon şöbəsinin rəisi olub. İki il öncə səhhəti ilə bağlı öz ərizəsi ilə vəzifədən çıxıb. iki övlad atası idi. Mərhumun oğlu Yusif İngiltərədə, qızı isə Bakıda təhsil alır./Baku.ws
Sorğu
Yeni dizaynımız necədir?