Britaniyanın “Routledge nəşri” Azərbaycan tarixçisi Cəmil Həsənlinin "Azərbaycan Respublikasının xarici siyasəti.1918-1920-ci illərdə mürəkkəb Qərbə inteqrasiya yolu" adlı kitabını böyük tirajla yenidən dərc edib.
Monoqrafiya Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunub və bu il həmin dövrlə bağlı ingilis dilində dərc edilmiş yeganə tarixi əsər olub.
"Bu nəşr ikincidir, belə ki, ilk nəşrə Qərb tarixçiləri, ekspertlər və regionumuzun tarixi tədris olunan universitetlər tərəfindən böyük tələbat olub. Bu səbəbdən nəşriyyatçılar təkrar və böyük tiraj buraxmağı qərara alıblar", deyə Cəmil Həsənli Turana bildirib.
O, Azərbaycan tarixi və xüsusən AXC-nin mövcudluğu və süqutu dövrü haqqında həqiqətlərə dünyada bu qədər tələbat olmasına təəccübünü bildirib.
Qeyd edək ki, 400 səhifəlik monoqrafiyada İslam şərqində ilk respublikanın xarici siyasətini, Birinci Dünya Müharibəsindən sonra dünyada geosiyasi vəziyyətin, Rusiyanın dağılmasının və böyük dövlətlərin regionda öz maraqları uğrunda mübarizəsinin təhlilini əks etdirən nadir sənədlər toplanıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?