İTV-də yayımlanan “Dağıntılar altında” serialında qalmaqal yaşanıb.
Buna ekran işində “Şahmar” obrazını canlandıran aktyor Fərhad Səmiminin serialdan uzaqlaşması səbəb olub. O, gedişini vaxtında maaşını almaması ilə izah edib. Aktyor bu barədə sosial media hesabında yazıb: “Əziz dostlar, həmkarlar, yazıb, zəng edib, serialdan çıxmağımın səbəbini soruşanlar: sizcə, bir aktyor sevdiyi obrazından, məsuliyyətlə və sevə-sevə çalışdığı serialdan niyə çıxsın ki? - Həmişə olduğu kimi, maaşların vaxtında verilməməsinə görə. Və bu hal mütəmadi şəkildə təkrarlandıqca, mən də hər dəfəsində belə getsə, çıxacağımı açıq və net şəkildə bildirmişdim. Maaşların gecikmə səbəbini isə prodakşn belə izah edir: Dövlət geciktirir. Bəs, Prezidentin sərəncamı? Bəs, filmlərə ayrılan pullar? İndi mən çıxdım, mənim yerimə gələn hər hansı bir həmkarım və digərləri vaxtında maaşların alacaqlar? Bu və buna bənzər hallar əvvəllər də baş verib. Mən inqilabçı deyiləm, nə də aktyorların hüquqlarının müdafiəçisi deyiləm. Atalar "el üçün ağlayan, kor qalar" deyib. Min doğrum qalır, bir yanlışım danışılır. Sən demə, yanlışım da maaşımı vaxtında istəməyimdir. Özünüzə yaxşı baxmasanız da, özünüzə və sənətinizə dəyər verin! Mən monopoliyanın təkcə ticarətdə olduğunu bilirdim, yaradıcılıqda yox... Kanallara serial satan cəmi iki, üç prodakşn, bir neçə rejissor var və onlar da bəlli aktyorlarla çalışır. Pulunu vaxtında istəyən aktyora heç bir əziyyətinə, məsuliyyətinə baxmadan problemli aktyor deyirlər”. Qeyd edək ki, serialdan bundan əvvəl də ayağı sınan aktrisa Suğra Bağırzadə uzaqlaşmışdı.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?