Ötən gün dünyasını dəyişən Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, tanınmış ictimai xadim, naşir Nazim İbrahimov sentyabrın 2-də torpağa tapşırılacaq.
Bu barədə AYB-nin mətbuat katibi Xəyal Rza məlumat yayıb.
84 yaşlı Nazim İbrahimovla vida mərasimi sentyabrın 2-si saat 15.00-da yaşadığı evində (Caspian Plazanın yaxınlığı, Bravo marketlə üzbəüz) olacaq.
Nazim İbrahimov Yasamal qəbiristanlığında torpağa tapşırılacaq.
Sentyabrın 3-də Heydər Məscidində mərhum Nazim İbrahimovun üç mərasimi keçiriləcək.
Xatırladaq ki, 1935-ci il fevralın 1-də Bakıda dünyaya gələn Nazim İbrahimov ixtisasca geoloq-geofizik, elmlər namizədi olub.
Naim İbrahimov 1993-2005-ci illərdə "Azərbaycan" nəşriyyatının baş direktoru vəzifəsində çalışıb.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?