Rusiya Prezidenti Vladimir Putin Azərbaycanın Rusiyadakı səfiri, bəstəkar və müğənni Polad Bülbüloğlunu 75 yaşı münasibətilə təbrik edib.
Gundemxeber.Az bildirir ki, təbrik teleqramı Kremlin saytında yayımlanıb.
Teleqramda deyilir: "75 illik yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. İllərdir ölkələrimiz və xalqlarımız arasında dostluq münasibətlərinin və səmərəli əməkdaşlığın inkişafına çox böyük töhfələr verirsiniz. Əlbəttə ki, bəstəkar, musiqiçi və sənətkar kimi parlaq istedadınız Rusiyada yüksək qiymətləndirilir”.
Rusiyanın dövlət başçısı V.Putin səfir Polad Bülbüloğluna cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzulayıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?