Gundemxeber.Az bildirir ki, bu barədə Lent.az -a tanınmış aktyorun qızı, müğənni Səidə Dadaşova bildirib: “Çox ağırdır. Atam indi dünyasını dəyişdi. Çox danışa bilmirəm. Hamımızdan halallıq istədi”. Qeyd edək ki, aktyor dekabrın 2-də axşam saatlarında Mərkəzi Neftçilər Xəstəxanasına ürəyin işemik xəstəliyi, infarktdan sonrakı kardioskleroz və ağciyərlərin xroniki abstruktiv xəstəliyi diaqnozu ilə yerləşdirilmişdi. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sənətçinin müalicə xərclərini öz üzərinə götürmüşdü.
Sorğu
Yeni dizaynımız necədir?