Azərbaycanda tanınmış alim koronavirusdan dünyasını dəyişib.
GundemXeber.Az bildirir ki, unikal.org-un əldə etdiyi məlumata görə, koronavirusa yoluxan filologiya elmləri namizədi, H.Əliyev adına Ali Hərbi məktəbin dosenti Aydın Həsənov 73 yaşında vəfat edib. A.Həsənov paytaxtda yerləşən xəstəxanalardan birinə yerləşdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.
Xatırladaq ki, Azərbaycanda ötən gün 315 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 229 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb. COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 5 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 8191 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4606 nəfər müalicə olunaraq sağalıb, 98 nəfər vəfat edib, 3487 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?