Amerikalı şair Luisa Qlük bu il ədəbiyyat üzrə Nobel mükafatına layıq görülüb.
İsveç Akademiyası Qlükun “sərt gözəlliyi ilə insan varlığını universal hala gətirən bir şeir səsinin” olduğunu deyərək, onun sənətini yüksək qiymətləndirib.
Qlük şerlərindən ibarət 12 kitabın müəllifidir və onun bundan əvvəl aldığı mükafatlarına Pultzer və Milli Kitab Mükafatları da daxildir.
Ədəbiyyat üzrə mükafat bu həftə verilən digər mükafatlardan biridir.
Nobel Sülh mükafatının kimin layıq görüldüyü cümə günü elan ediləcək.
Genlərin tənzimləməsi metodunu inkişaf etdirdiyinə görə bu il Nobel mükafatına kimya üzrə İki alim layiq görülüb.
İsveç Kral Elmlər Akademiyası 1,1 milyon dollarlıq mükafatı Fransa alimi Emmanuel Şapantye və ABŞ alimi Cenifer Dudna arasında bölüb.
Qara dəliklərlə bağlı kəşflərinə görə Nobel mükafatına fizika üzrə üç alim layıq görülüb.
İsveç Kral Elmlər Akademiyası çərşənbə axşamı 1,1 milyon dollarlıq mükafatın yarısını riyaziyyatdan istifadə edərək, qara dəliklərin "Albert Eynşteynin ümumi nisbi nəzəriyyəsinin birbaşa nəticəsi" olduğunu isbat etdiyinə görə britaniyalı Rocer Penrouza verildiyini bildirib.
Mükafatın digər yarısı "qalaktikamızın mərkəzində superkütləvi kompakt bir obyekt tapdığına görə" almaniyalı Reyinhard Genzel və ABŞ-dan olan Andrea Gezə verilib.
2020-ci il Fiziologiya və Tibb üzrə Nobel mükafatları bazar ertəsi Hepatit C virusunun müəyyənləşdirilməsindəki “seminal kəşflərinə” görə ABŞ-dan alimlər Harvi J. Alter və Çarls M. Raysa və Britaniya alimi Maykl Houtona verilib.
Sorğu
Yeni dizaynımız necədir?