Azərbaycanın Əməkdar artisti Bəhram Bağırzadənin anası koronavirusa yoluxub.
GundemXeber.Az "Report"a istinadla xəbər verir ki, bu barədə B.Bağırzadə özü məlumat verib.
Onun sözlərinə görə, anası, 74 yaşlı Tahirə Əfəndiyeva komaya düşüb və hazırda ağır vəziyyətdədir.
Əməkdar artist anasına təcili qan köçürülməsinin lazım olduğunu bildirib.
Xatırladaq ki, bir müddət əvvəl Əməkdar artist Bəhram Bağırzadənin özü də koronavirusa yoluxmuşdu. Bəhram Bağırzadənin müalicəsi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın nəzarətində olub. Müalicələrdən sonra B.Bağırzadə sağalıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?