Niderland krallığının Rotterdam şəhərində beynəlxalq "Avroviziya" mahnı müsabiqəsi başlayıb.
Nive-Maas çayının sahilində keçirilən müsabiqəyə 39 ölkədən 34 iştirakçı toplaşıb.
"Nümayəndə heyətləri bir neçə dəqiqə sonra gələcək. Təəssüf ki, bütün ölkələr burada ola bilməyəcək, amma onların əksəriyyəti iştirak edəcək, - mərasimin aparıcısı bildirib.
Tədbirin açılışında Azərbaycanla yanaşı, Rusiya, Litva, Almaniya, Sloveniya, Fransa, İtaliya, İspaniya, Şimali Makedoniya, Niderland, İsrail, Böyük Britaniya, İsveç, Belçika, İrlandiya, Kipr, Norveç, Xorvatiya, Ukrayna, Estoniya, San-Marino, Çexiya, Yunanıstan, Avstriya, Gürcüstan, Moldaviya, Portuqaliya, Serbiya, Finlandiya, Albaniya, İsveçrə, Latviya, Bolqarıstan və Danimarka təmsilçiləri iştirak edirlər.
"Avroviziya"nın yarımfinalı mayın 18-də və 20-də keçiriləcək, final yarışması isə mayın 22-ə təyin olunub.
***
"Avroviziya" mahnı müsabiqəsinin açılış mərasimi keçirilir.
Firuzəyi Xalçadan müsabiqəçilər və müxtəlif ölkələrin nümayəndələri keçəcəklər.
Açılış mərasiminə Niderlandın Rotterdam şəhəri ev sahibliyi edir.
Xatırladaq ki, Polşa nümayəndə heyətinin üzvündə ötən gün "COVID-19" aşkarlandığına görə, Polşa deleqasiyası bu gün keçiriləcək rəsmi açılış mərasimində yer almayacaq.
Qeyd edək ki, yarımfinal mayın 18 və 20-də, final isə 22-də keçiriləcək. Ölkəmizi bu müsabiqədə Samirə Əfəndi "Mata Hari" mahnısı ilə təmsil edəcək. Təmsilçimiz birinci yarımfinalda çıxış edəcək.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?