Əməkdar artist Elizbar Osmanov süni tənəffüs aparatından ayrılıb.
Bu barədə 1 saylı Kliniki Tibbi Mərkəzdən bildirilib. Qeyd olunub ki, xəstənin vəziyyəti stabildir: “Artıq iki gündür tənəffüs aparatından ayrılıb, özünə gəlib. Lakin reanimasiya şəraitində saxlanılır, vəziyyəti stabildir. Müayinə və müalicələri davam etdirilir”. Qeyd edək ki, Əməkdar artist Elizbar Osmanovu Nəsimi rayonu ərazisində, Bakı Dövlət Sirkinin yaxınlığında maşın vurub. Xatırladaq ki, Elizbar Osmanova Prezidentin sərəncamı ilə 16 oktyabr 2021-ci ildə “Əməkdar artist” fəxri adı verilib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?