GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Şəmsin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi…

Şəmsin FACİƏVİ HƏYATI: Sevdiyi insandan ayırdılar, əri xalası qızıyla evləndirildi…

Tarix: 28-04-2022, 21:24 Bölmə :Mədəniyyət Baxış: 352


“Nəsimi” filmindəki Şəms obrazı ilə tanınan aktrisa Almaz Əsgərova haqqında 10 maraqlı faktı məlum olub.

1. Almaz Əsgərova Ə.Əzimzadə adına rəssamlıq məktəbində təhsil alır, gözəl rəsmlər çəkir. Bir gün heç kimin gözləmədiyi halda o rəssamlıq məktəbini atıb sənədlərini Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinə verir.

2. Universitetdə oxuyarkən tanış olduğu Azər Süleymanovla ailə həyatı qurur. Bu evlilikdən onların İlham adlı bir oğulları olur. Təsadüfən tanış olduğu Almaza aktrisa olmağı o məsləhət görür. Kinostudiyada Adil İsgəndərovun kursuna daxil olan Almaza ustadı “Sən gözəl aktrisa olacaqsan”, – deyir.

3. Lakin Şeyx Əbdül onların tanış olması haqda isə belə deyir:

“Azər Süleymanov da bizim işçimiz idi. İkinci rejissor işləyirdi. “Qanun naminə” filmində Azər Süleymanov rejissor assistenti işləyirdi. Almaz da orda kiçik bir rola çəkilirdi. Orda tanımışdılar bir-birini. Ona qədər Almazın böyük bir həyatı vardı. Oxumuşdu, filmlərə çəkilirdi. Azər onu artıq ikinci mərhələdə, filmlərə çəkilməyə başlayarkən görmüşdü. Onlar 1970-ci ildə ailə qurdular. Ailə o qədər uğursuz alındı ki, Almazın bütün həyatı məhv oldu. Azər evin bir oğlu idi, rəhmətlik anası onu tək böyütmüşdü, ona görə də oğlunu çox qısqanırdı, Almazı heç yola vermirdi. Neçə dəfə getdik, danışdıq, yola gətirməyə çalışdıq, amma alınmadı. Həmin problemlər ucbatından çox keçmədən onlar ayrıldılar. Hətta qaynanası onları boşadandan sonra Azərə özünün bacısı qızını almışdı. Azərin o evlilikdən bir qızı da var. Çox qəribədir ki, o, ögey ana yanında böyümüşdü, elə sonradan da taleyi çox acınacaqlı oldu. Onun ögey bacıları ilə ailəvi problemləri vardı, ev məsələləri vardı. Biz bu problemlərin içərisində idik, Almaza əlimizdən gəldiyi qədər kömək etməyə çalışırdıq”.

4. Deyilənə görə həyat yoldaşından ayrılandan sonra Almaz xanım oğlu ilə birgə yaşayırdı. Sonradan kinostudiyadan bir nəfərlə də münasibətləri yaranır, ailə qurmaq istəyirlər, amma o da alınmır, evlənə bilmirlər.

5. Almaz kinoda bir-birinin ardınca maraqlı obrazlar yaradır. “Qanun naminə”də Salamatovun xanımı, “Mən ki gözəl deyildim”də Elmira, “Ulduzlar sönmür” də Fatimə. Daha sonra “Bir cənub şəhərində”, “Məhəbbət, məhəbbət”, “İstintaq davam edir”, “Uşaqlığın son gecəsi” filmlərinə çəkilir.

6. Adil İsgəndərov onu çəkəcəyi “Vaqif” filmində Xuraman obrazı üçün hazırlayır. Lakin, İsgəndərovun ölümü bu ideyanın həyata keçməsinə maneə olur. Həmin illərdə aktrisa “Tacikfilm”də “Rüstəm və Söhrab” filmində baş rola çəkilir.

7. Nəhayət, Almaz həyatın diktəsi ilə kinoda ən yaddaqalan son obrazına həyat verir – “Nəsimi” filmindəki Şəmsə. Həsən Seyidbəyli Şəms obrazı üçün Almazı sorğu-sualsız dəvət etmişdi.

8. 1983-cü ildə Azər iş üçün Moskvaya yollanır və geriyə tabutda qayıdır. Azərin Moskvada vəfat etməsi Almaz Əsgərovanı sarsıdır. O dost-tanışdan, qohum-əqrəbadan, sənətdən ayrılıb özünə qapanır. Milli Dram Teatrına dəvət edilsə də, bu təklifi qəbul etmir. “Mən sənətdən getmişəm”, – deyə cavab verib.

9. Beləliklə, qapalı həyat onu məhvə sürükləyir. 11 ayın içində amansız xəstəliyə düçar olan Almaz Əsgərovanın gözləri 1988-ci ilin qızmar avqustunda dünyaya əbədi qapanır.

10. Onun vəfatı haqqında da müxtəlif fikirlər var. Şeyx Əbdül Mahmudbəyov həmin günləri belə xatırlayır:

“Almaz xanımın ölümü də çox müəmmalı oldu. Mən onda Moskvada oxuyurdum. Mənə xəbər gəldi ki, Almaz xanım rəhmətə gedib. Ürəyi dözmədi, öldü, ya intihar elədi, bilinmədi. Moskvadan qayıdandan sonra onun oğlunu çox axtardım, amma tapa bilmədim. İndi də bilmirəm ki, haradadır, nə işlə məşğuldur”. (Kulis)

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə qurur: "Bəy tanıdığınız adamdır..." - VİDEO

    Fuad Əlişovdan ayrılan Sevinc ikinci dəfə ailə ...

    18-06-2018, 22:56

  • 
  • Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı

    Nəhəng almaz 63 milyon ABŞ dollara satıldı ...

    10-05-2016, 12:15

  • 
  • Məşhur aktrisa istirahət zamanı öldü

    Məşhur aktrisa istirahət zamanı öldü ...

    3-07-2019, 20:11

  • 
  • İki kişi Almaz Ələsgərlini belə soyundurdu - VİDEO

    İki kişi Almaz Ələsgərlini belə soyundurdu - VİDEO ...

    5-01-2015, 22:29

  • 
  • Azərbaycanlı aktrisa yeni türk filmində - Foto

    Azərbaycanlı aktrisa yeni türk filmində - Foto ...

    25-05-2014, 13:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (271)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu