GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Afaq Bəşirqızı: "Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram"

Afaq Bəşirqızı: "Elə Xalq artistləri var ki, onların səhnədə olduqlarına görə utanıram"

Tarix: 16-08-2022, 09:42 Bölmə :Mədəniyyət Baxış: 298

O, Azərbaycanın mahir teatr və kino aktrisasıdır. Rol aldığı obrazları ilə tamaşaçıların ürəyini fəth edib. Demək olar ki, lentə alındığı bir sıra ekran əsərlərində canlandırdığı obraz və davranışları bu gün dillər əzbərinə çevrilib. Azərbaycanın böyük aktyoru Bəşir Səfəroğlunun ailəsində dünyaya göz açması isə Afaq Bəşirqızının həm peşəkar aktrisaya çevrilməsində, həm də ürəkləri daha da fəth etməsində böyük rol oynayıb. A.Bəşirqızı 1955-ci ilin avqustun 15-də anadan olub. Bu gün onun 67 yaşı tamam olur.


Xalq artisti Afaq Bəşirqızının "Report"a müsahibəsini təqdim edirik:

- Bu gün Afaq Bəşirqızı özünü neçə yaşında hiss edir?

- İnsan yaşa dolduqca gəncliyin həsrətini çəkir. Gənc yaşlarında olmağı arzu edir. Amma reallıq odur ki, zaman axıb gedir. Ondan sonrakı isə sadəcə arzulardır. Mən özümü elə bugünkü yaşımda hiss edirəm.

- Bu zamana qədər oynadığınız, ancaq çətinliklə qəbul etdiyiniz rol təklifi olub?

- Gənc olarkən teatrda belə bir qanun var idi ki, aktyor ona təklif edilən roldan imtina edə bilməzdi. Aktyor mütləq rejissorun ona verdiyi rolu oynamalı idi. Amma bəli, çox olmasa da bir-iki dəfə belə rolum olub. Ona görə çətinliklə olub ki, rol ilə tanış olmamışam, amma oynamışam. Demirəm yaratmışam, sadəcə oynamışam. Yaradıcılıqda belə şeylər həmişə olur. Doğrusu, o tamaşanın adı da qalmadı, heç tarixə də düşmədi. İndi həmin rollarımın adını çəkə bilmərəm. Çünki, rejissorları sağdır. Bu, onlara hörmətsizlik ola bilər.

- Afaq Bəşirqızı oynadığı hansı rolda özünü görür?

- Oynadığım heç bir rolda özümü görməmişəm, həmin rolları sadəcə özümünkü etmişəm. Oynadığım rollar sadəcə mənim tipajlarım, müşahidələrim və uydurmalarımdır.

- Afaq xanım, bəzən belə deyirlər ki, aktyor, yaxud aktrisa tamaşaçını darıxmağa qoymamalıdır. Amma bu gün tamaşaçı sanki darıxır...

- Tamaşaçının darıxmasına səbəb səhnədə gördükləri və istedadsızlardır. Əgər mədəniyyət adamı aktyor məktəbi keçibsə, o artıq davranışını bilir. O, səhnədə obrazını elə oynayır ki, tamaşaçı darıxmır. Mən tamaşaçını qınamıram. Əgər, o, tamaşada darıxırsa, ya tamaşanı bəyənmir, ya da aktyoru və yaxud da məhz o yanlış ünvandadır. Ümumiyyətlə, tamaşaçının nəyi sevdiyini bilmək lazımdır. Amma qətiyyən tamaşaçı zövqünün arxasınca getmək olmaz. Əgər sənətkar səhnəyə çıxıb tamaşaçını darıxdırırsa, onda o gedib başqa bir işlə məşğul olsun. Yəni, səhnəni məşğul etməsin. Çünki istedadlar var ki, onların yerini tutub.

- Sizcə, teatr və kino sahəsində hansısa dəyişikliklərə ehtiyac var? Varsa, nədən başlanılmalıdır?

- Onu deyim ki, teatr sahəsi kino sahəsindən qat-qat fəaldır. Ona görə ki, teatrda aktyor aparatsız, texnikasız cəmi bir metrlik yerdə şir öldürməlidir (gülür). Dəyişikliyi isə aktyor yox, rejissor etməlidir. Əvvəllər rəhmətlik Rüstəm İbrahimbəyovun xüsusi kursu var idi. O, rejissorlar yetişdirirdi, həm nəzəri həm praktiki baxımdan hər şeyi başa salırdı. Bu gün kinonun dirçəlməsinə kömək etmək lazımdır. Mən indi bilmirəm ki, kinonu ürək rahatlığı ilə kimə etibar edə bilərəm. Repertuarda dəyişiklik olmalıdır. Elə bundan başlamaq olar. Tamaşaçılar ətrafda baş verən problemlərə bir növ səndən cavab almaq istəyir. Mənim "Azərbaycanfilm" kinostudiyası haqqında çox böyük arzularım, ümidlərim var. Çünki bu qala əvvələr olub. Çöküş yaşanmasın deyə rejissorlar yetişməlidir.

- Afaq xanım, müsahibələrinizin birində heç bir xarici ölkədə incəsənət adamlarına Azərbaycandakı qədər qayğı göstərilmədiyini demisiniz. Ancaq bəzi incəsənət adamları isə diqqət və qayğıdan kənar qaldıqlarını iddia edirlər. Buna səbəb nədir?

- Xaricdə aktyor hansısa filmə rol alırsa, bu, xüsusən baş roldursa, həmin aktyora böyük məbləğdə vəsait verilir. Aktyor bütün ağır rollara dublyorsuz, kaskadyorsuz çəkilirsə və buna görə kifayət qədər artıq pul alırsa, bu təbii ki, aktyoru yaşadır, üstəlik həmin film şöhrət qazanırsa, bu aktyorun yeni bir zirvəsi hesab edilir. Yəni, onlar illərlə gözləmir. Baxırsan ki, onlar kiminsə illərlə gözlədiyini bir neçə aya, yaxud bir neçə günə əldə edir. Hər elin bir adəti olduğu kimi qərbdə də belə bir adət var. Təbii ki, qərbin özünəməxsus çox gözəl zövqü, çox gözəl aktyorları mövcuddur. Amma bizdə qayğı korifeylərə göstərilir. Bunun üçün Prezident mükafatı, Prezident təqaüdü, əmək pensiyaları və s. var. Bilirsiniz, bunlarla aktyor, sənət adamı çox xoşbəxt olur. Mən bir şeyi vurğulamaq istəyirəm ki, hər kəs öz yerini tanımalıdır. Mən sadaladığım mükafatları istəyən aktyorlarda da günah görmürəm. Çünki bizim indi elə Xalq artistlərimiz, elə Prezident təqaüdçülərimiz var ki, mən şəxsən utanıram ki, o adam səhnədədir. İstər cəmiyyətdə özünü aparmağı, istər dünyagörüşü, istərsə də danışıq qabiliyyətindən adam xəcalət çəkir. Mən doğrudan da xəcalət çəkirəm və deyirəm ki, bəs bütün bunları istəyən ortayaşlı, yaxud yaşlılar neyləsin?! Belə adamları görüb onlar da istəyir. Düşünür ki, onda var məndə niyə olmasın?! Aktyor yaşa dolduqca səhnədən getmək istəmir. İstəyir ki, o həmişə diqqət mərkəzində olsun.

- Əksər gənc aktyor və aktrisalar peşəkarlıqdan daha çox ulduz olmağa qaçır? Əvəllər də belə idi?

- Bilirsiniz, aktyor bu sənətə gələndə o artıq özünü ulduz görür. O bilir ki, nə vaxtsa ulduz olacaq, tamaşaçı onu sevəcək və onun arxasınca gedəcək. Bu hisslər bütün aktyorlarda var. Amma bir var o şöhrəti dartıb gətirəsən, yalandan o şöhrətə bürünəsən, bir də var o şöhrət özü gəlib səni tapa. O şöhrət isə insanın sadəcə əməyinin və işinin bəhrəsi olur. Telefon zəngləri, əmi, dayı, xala sözü ilə şöhrət olmur. Şöhrəti qazanmaq lazımdır. Onu isə yalnız tanrının sənə verdiyi istedadla, bacarıqla qazanmalısan.

- Afaq Bəşirqızı heç peşmanlıq yaşayıbmı, təəssüfləndiyi məqam olubmu?

- Əgər adını çəkdiyiniz peşmanlıq, yaxud kədər, sevinc, hansısa nostalji hislər leksikonda varsa, demək insan da bu hissləri yaşayır. O cümlədən mən. Amma insan addım atmazdan əvvəl bir fikirləşməlidir. Bəzən insanın emosional məqamları olur və o əsəblərini idarə edə bilmir. Amma insan sonrasını düşünməlidir. Həyatda hər şey olur və insanın başına hər iş gələ bilir. Heç kim deməsin ki, mən nədənsə peşman olmuram və nəyisə səhv etməmişəm. Çünki o, yalandır. İnsan onda həmin şəxsin hisslərinə də şübhə ilə yanaşır.

- Afaq xanım, hələ də əvvəlki kimi yaratmaq, müxtəlif rollarda oynamaq həvəsiniz var?

- Aktyor həyatı çox qəribədir. Bütün mərhələri keçdikdən sonra artıq mənim yaş dövrümə gəlib çatırsan. Həmişə diqqət mərkəzində olmaq istəyirsən, çünki həmişə belə olub. Səni sevənlər yaxınlaşıb səni öpürlər, qucaqlayırlar, səni yenidən səhnədə görməyi arzu edirlər, yalandan da olsa deyirlər ki, yox maşallah yaxşısınız və beləcə günlər keçir. Düşünürsən ki, görəsən mən neçə yaşa çata biləcəm. Bəli, hər yaşın özünün ayrı sevinci, kədəri, qayğısı var. Amma məndən soruşursunuzsa, mən 67 yaşım olduğunu bilsəm də, özümdə hələ də gənc enerjisini, tamaşaçını ələ almaq gücünü, səhnədə oynamaq həvəsini hiss edirəm və buna görə də çox xoşbəxtəm.


GUNDEMXEBER.AZ



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq Artisti Afaq Bəşirqızının əməliyyatı ilə bağlı məsələləri Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva himayəyə götürdü

    Xalq Artisti Afaq Bəşirqızının əməliyyatı ilə ...

    7-03-2016, 14:50

  • 
  • Afaq Bəşirqızı əməliyyat olundu

    Afaq Bəşirqızı əməliyyat olundu ...

    7-03-2016, 15:29

  • 
  • Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt edir..."

    Ramiz Əzizbəyli: "Afaq Bəşirqızı qələt ...

    27-06-2017, 17:21

  • 
  • Afaq axır ki tamam soyundu - yarıçılpaq fotosessiya

    Afaq axır ki tamam soyundu - yarıçılpaq ...

    8-12-2017, 20:40

  • 
  • Afaq Aslan bu dəfə tamam soyundu (VİDEO 18+)

    Afaq Aslan bu dəfə tamam soyundu (VİDEO 18+) ...

    16-02-2017, 16:08


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu