GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Elazığda “kürsübaşı” ənənəsi, Uzun Həsəndən yadigar bürclər – REPORTAJ/FOTOLAR

Elazığda “kürsübaşı” ənənəsi, Uzun Həsəndən yadigar bürclər – REPORTAJ/FOTOLAR

Tarix: 29-11-2022, 09:49 Bölmə :Mədəniyyət Baxış: 236


Türkiyədə yaşadığım müddətdə oranın gözəlliklərinə hər gün bir az da artıq vurulduğumu deyə bilərəm. İş o yerə çatmışdı ki, həyatımı sonsuzadək Foçadakı kiçik bir evdə xoşbəxt keçirə biləcəyim qənaətinə gəlmişdim. Əvvəl bunu qaldığım şəhərin – İzmirin ölkənin əsas turistik zonası olması ilə əlaqələndirirdim. Ancaq digər şəhərlərinə səfər imkanı tapdıqca Türkiyənin çox yerində səliqənin, estetikanın göz oxşadığının fərqinə vardım.

Ölkəyə son səfərim də əvvəllər yanıldığımı bir daha sübut etdi. Bu dəfə Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin nəzdindəki Türkiyə Turizm Təşviqat və İnkişaf Agentliyinin həyata keçirdiyi “Go Türkiye” proqramı çərçivəsində beş günə beş şəhər gəzdik, amma fikrimcə, həmin torpaqlar üçün bu vaxt çox azdır. Ümumiyyətlə, Türkiyədə bir şəhəri bir günə kəşf etmək mümkün deyil. Çünki daşı, torpağı – hər tərəfi tarixdir. Addımbaşı rast gəldiyin fərqli tarixi sənət nümunələri göz oxşayır. Zənginlikləri ilə insanı ovsunlayan şəhərlərdən biri də Elazığdır.

Eradan əvvəl dördüncü minillikdə salınan bu yerdə görməli o qədər rəng var ki, insan darıxmaq hissini unudur.

Təxminən 440 min əhalisi olan Elazığ vilayəti 11 rayon və 537 kənddən ibarətdir. Elazığın iqtisadiyyatını sənaye, kənd təsərrüfatı və ticarət ayaqda saxlayır. Türkiyənin ən böyük su elektrik stansiyalarından biri burada yerləşdiyi üçün sənaye ciddi inkişaf edib. Təhsil də Elazığda diqqət yetirilən sahələrdəndir. 1975-ci ildə Elazığ vilayətinin eyniadlı mərkəz şəhərində Fırat Universiteti açılıb. Elazığın zəngin mədəni irsinin kökü isə Harputa söykənir. Bura Şərqi Anadolu bölgəsində klarnet alətindən istifadə edən yeganə şəhərdir.

Elazığda ilk ziyarət etdiyimiz məkan Harputda yerləşən Şefik Gül Mədəniyyət Evi oldu. Elazığ şəhər Mədəniyyət və Turizm Mərkəzinin Turizm Şöbəsinin müdiri Hasan Doğanın verdiyi məlumata görə, bu mədəniyyət mərkəzini XIX əsrin əvvəllərində Məhərrəm adlı şəxs inşa etdirib. Lakin fərqli tarixlərdə malikanənin fərqli sahibləri olub. Evin dördüncü sahibi Sarıqamış döyüşündə şəhid olub. 1990-cı ilədək burada yaşayış olub, 1990-2000-ci illər arasında isə boş qalıb. Tarixi qədim olduğu üçün müxtəlif vaxtlarda ciddi zərər görüb, hətta axur, samanlıq kimi də istifadə edilib. Bir sözlə, Harput zibilliyinə çevrilib. 2000-ci ildə isə şirkətlərdən biri malikanəni satın alıb, binanın tarixiliyi qorunmaqla restavrasiyası həyata keçirilib və 2005-ci ildə xalqın xidmətinə verilib. Bu gün ev ödənişsiz şəkildə ziyarətə açıqdır, hər şey şirkət tərəfindən qarşılanır. Tarixi Harput mədəniyyətini əks etdirən bir evdir, muzey konsepsiyasına əsasən hazırlanıb. Ətraf kəndlərdə, rayonlarda tapılan qədim ev əşyaları, alətlər hazırda burada nümayiş etdirilir.

Məkanda 20 min əhalisi olan Harput antik şəhərinin qədim qapı mədəniyyəti haqqında da məlumat əldə edirik. Burada qapının xüsusi döyülmə şəkli var. Belə ki, əgər qapı arxasındakı kişidirsə, qapını bir az zərblə, qadın müəyyən qədər incə, uşaq isə daha yavaş döyməlidir. Bunun əsasında ev sahibi qapı arxasındakının yaşını və cinsiyyətini müəyyən edir, qadını qadın, kişini kişi, uşağı isə uşaq qarşılayır.

Mədəniyyət evində Elazığın qədim adəti olan “kürsübaşı” fəaliyyəti də əks etdirilib. UNESCO-nun irs siyahısına daxil edilən bu adətə görə, insanlar qış gecələri ocaq başında toplaşaraq söhbət edir, gündəmdə olan məsələlərdən danışır, yeyib-içir, sonda isə söhbəti musiqi ilə bitirirlər.

Elazığda Türkiyənin, demək olar ki, bütün şəhərlərində olduğu kimi, şivə fərqliliyi var. Hətta buranın ağsaqqallarının başlarına qoyduqları papaqlar da digər bölgələrinkindən seçilir. Bu papaqların mütləq səkkiz küncü olmalıdır. Çünki həmin künclərin hər biri fərqli keyfiyyətin rəmzidir. Şəhərdə süryanilər də yaşayırlar. Süryanilərin İsa peyğəmbərin dilində danışan millət olduğu deyilir.

Muşda olduğu kimi, Elazığda da Ulu Cami var. Bu məscid digərlərindən minarəsinin əyri olmasıyla fərqlənir. Minarənin əyriliyi ilə bağlı isə müxtəlif rəvayətlər var. Bir rəvayətə görə, memar bilərək minarəni əyri hazırlayıb ki, qonaqların diqqətini çəksin. Digər rəvayətə görə isə 1800-cü illərdə Harputda böyük bir zəlzələ olub. Həmin zəlzələ nəticəsində minarə əyilib.

Üçüncü baş çəkdiyimiz məkan isə tarixi Harput qalasıdır. Hərbi qarnizon kimi inşa edilən bu qalanın əsası eramızdan əvvəl XIII əsrdə Urartu hökmdarı tərəfindən qoyulub. Qala Roma, Sasani, Bizans, Abbasi, Artuklular, Səlcuqilər, Ağqoyunlular və Osmanlı mədəniyyətlərinə ev sahibliyi edib. Burada aparılan qazıntı işlərində Urartulara aid qədim möhürlər, eləcə də digər avadanlıqlar tapılıb. Mütəmadi olaraq ziyarətçi qəbul edən bir məkandır.

Qala ilə bağlı ilk qazıntı işləri 2005-2009-cu illər arasında professor Vəli Sevinin rəhbərliyi altında aparılıb. Nəticədə katapult daşları aşkara çıxarılıb. Müxtəlif ölçülərə malik daşlar katapult mexanizminə qoyularaq düşmən tərəfə atılırmış. Qalada tarixi savaşların necə aparıldığını göstərən məlumat lövhələri də mövcuddur. 2014-cü ildən günümüzə qədər isə qazıntı işləri Fırat Universitetinin professoru İsmayıl Aytacın rəhbərliyi altında aparılır. Qaladakı bəyaz qayalar Urartu dövründən qalıb. Vaxtilə hərbi qarnizon kimi istifadə edilsə də, burada ziyarətgah və məbəd də mövcuddur.

Harputda Bizans dövrünə aid istehkam qalıqlarını da görmək mümkündür, hazırda Mədəniyyət və Turizm Nazirliyi onların restavrasiya prosesini həyata keçirir. Qazıntılar zamanı yerin altında qədim dövrə aid dəmirçi və şüşə emalatxanaları da aşkarlanıb.

Qalaya gələn hökmdarlardan biri Ağqoyunlu Uzun Həsən olub. O, Harput qalasını ələ keçirdikdən sonra bir müddət burada hökmdarlığını davam etdirib. Hətta qalada bəzi təmir işləri həyata keçirdikdən sonra buraya öz bürcünü inşa etdirib. Onun hökmdarlığının simvolu olan fil və aslanın mübarizəsinin təsviri də daşlara işlənib. Qala məhəlləsinin bazarı da olub. Həmin bazarda məscid, mağaza fəaliyyət göstərib. Qazıntı nəticəsində iki su anbarı da aşkara çıxarılıb. Onların 10 metr dərinliyi var, təbii qaya oyularaq hazırlanıb. Bu məkanda kilsə də yer alır. İldə bir dəfə ayinlər icra olunur.

Harputu məşhurlaşdıran əsas şey isə dünya arxeologiyasına daxil edilən Harput relyefidir. 2016-cı ildə təsadüfən tapılan relyefin orijinalı Elazığ Muzeyində qorunur. Üzərində savaş səhnəsi təsvir olunub. Relyefdə mifoloji ilahə fiquru, o cümlədən kral və kraliçanın başındakı taclar detallı işlənib. Gəzdikcə bir-birindən maraqlı tapıntılar qarşımıza çıxır. Buranı gəzib bitirməyə günlərin yetməyəcəyini və vaxtımızın məhdud olduğunu bildiyimiz üçün növbəti məkana – Harput Musiqi Muzeyinə keçirik.

UNESCO-nun müvəqqəti irs siyahısında olan tarixi Harput rayonunda yerləşən muzeydə musiqi alətləri, “kürsübaşı”nı əks etdirən heykəllər, karaoke zalı var. Üçmərtəbəli muzeyin birinci mərtəbəsində “kürsübaşı” ənənəsi əks etdirilib, burada qədim musiqi alətləri nümayiş olunur. İkinci mərtəbədə Harputun musiqi tarixi video şəklində nümayiş etdirilir. Üçüncü mərtəbə isə karaoke zalıdır.

Türkiyə səfərimizin sonuncu şam yeməyi Eskibağlar Şərab Evində baş tutur. Burada istehsal olunan müxtəlif növ şərab növlərini dadaraq səfərimizin zövqlü anlarından birini yaşayırıq. Yolu Elazığdan düşənlər həm qalanı, həm də bu məkanı mütləq ziyarət etməlidirlər.

Sayad Həsənli 

GUNDEMXEBER.AZ




  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • ​Türkiyədə dəhşətli qətl: Bir ailənin 5 üzvü öldürüldü

    ​Türkiyədə dəhşətli qətl: Bir ailənin 5 üzvü ...

    10-03-2018, 11:00

  • 
  • Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM

    Prezident BU İDARƏLƏRİ ləğv etdi - SƏRƏNCAM ...

    30-03-2016, 01:04

  • 
  • Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü

    Mədəniyyət və Turizm nazirliyi ikiyə bölündü ...

    20-04-2018, 22:46

  • 
  • Əbülfəz Qarayev ölkəmizə turistlərin gəlməsi ilə öyünür...

    Əbülfəz Qarayev ölkəmizə turistlərin gəlməsi ilə ...

    13-04-2014, 12:40

  • 
  • Tarixi "Qarabağ planı" üzə çıxdı: Torpaqlar necə azad olunacaqdı? (Fotolar)

    Tarixi "Qarabağ planı" üzə çıxdı: ...

    17-02-2016, 13:39


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu