GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Ayaqları tutuldu, teatrdan çıxarıldığı xəbəri gündəm oldu – FOTOLAR

Ayaqları tutuldu, teatrdan çıxarıldığı xəbəri gündəm oldu – FOTOLAR

Tarix: 13-12-2022, 15:06 Bölmə :Mədəniyyət Baxış: 274



Xalq artisti Səidə Quliyeva haqqında maraqlı faktları təqdim edirik.

Səidə Əbülfəz qızı Quliyeva 5 mart 1957-ci ildə Bakıda anadan olub. Ailədə üç bacı olublar. Valideynləri incəsənətə maraqlı insanlar olublar. Səidənin anası aktrisa olması üçün ona dəstək olsa da, atası buna qəti şəkildə etiraz edib. 1978-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun “Dram və kino aktyoru” fakültəsini bitirib. Həmin ildən təyinatla Akademik Milli Dram Teatrında fəaliyyətə başlayıb.

Böyük səhnədə debütü 1979-cu ildə rejissor Əşrəf Quliyevin hazırladığı Uilyam Şekspirin “Heç nədən hay-küy” komediyasında Hero rolu olub. Bundan sonra aktrisa teatrda müxtəlif rejissorların səhnə quruluşlarında maraqlı obrazlar yaradıb.

Səidə Quliyeva erkən ailə həyatı qursa da, övladı çox gec doğulub. Bir oğul sahibi olan aktrisanın oğlu kinooperator təhsili alıb. Aktrisanın ən böyük arzusu oğlunun çəkdiyi filmdə iştirak etməkdir.

Aktrisa Akademik Milli Dram Teatrının səhnəsində İlyas Əfəndiyevin “Xurşidbanu Natəvan”, “Sənsiz”, “Həyatın dibində”, “Ağqoyunlular və Qaraqoyunlular”, “Ah Paris, Paris!”, “Eşq və intiqam”, “Kəllə”, “Qatil”, “Dirilən adam”, “Ölülər”, “Xanuma”, “Anamın kitabı” tamaşalarında maraqlı rollar ifa edib.

Bundan başqa, o, Azərbaycan Dövlət Televiziyasının hazırladığı İlyas Əfəndiyevin “Atayevlər ailəsi” əsərində “Reyhan”, “Sarıköynəklə Valehin nağılı”nda “Reyhan”, Ruhəngiz Qasımovanın “Yollar görüşəndə” dramında “Çiçək, “Qonşu qonşu olsa” əsərində “Balacaxanım”, Mövlud Süleymanlının “Kökdən düşmüş piano”sunda “Gülər”, Əli Əmirlinin “Bala – başa bəla”sında “İzzət Nəfisli”, Aqşin Babayevin “Nekroloq”unda “Elmira”, “Dəvətnamə”də “Məleykə” və s. kimi maraqlı obrazlar oynayıb.

Aktrisanın bir müddət əvvəl ayaqlarında problemlər yaranıb. Dörd ay yeriməkdə əziyyət çəkən aktrisa hətta səhnədən getməyi də düşünüb. Ancaq dörd aylıq müalicədən sonra onun səhhəti qaydasına düşüb və səhnədəki rollarını yenidən ifa etməyə başlayıb.

Aktrisa Vaqif Mustafayevin “Fransız” filmində çəkiləndən sonra küçədə bir qadın onu görüb deyir: “Utanmırsınız, o nə roldur çəkilmisiniz? Ayıb olsun sizə!” Aktrisa evə gəlib dəfələrlə həmin filmə baxır, ancaq qadının sözlərinin əksinə, öz rolundan və ifasından xoşu gəlir. Bir dəfə isə tədbirlərin birində məşhur psixiatr Ağabəy Sultanov həmin rola görə Səidə Quliyevanın əllərindən öpür.

Səidə Quliyevaya ən böyük uğur gətirən rollarından biri də “Bala – başa bəla” tamaşasındakı “İzzət” rolu olub. Aktrisa tamaşada onun oğlu rolunu canlandıran aktyor Ələkbər Hüseynovla bağlı xatirələrini bölüşərkən deyir:

“Rejissor o rolu mənə verəndə ssenarini telefonda danışdı, qəbul etmədim. Amma əsəri oxuyandan sonra, inanın, obrazı necə gördüm, elə də oynadım. Tərəf-müqabillərim də çox yaxşı idi. Cahangir Novruzovla dəfələrlə oynayaram. O qədər böyük potensiala malik aktyordur. Kadrarxası məqamlara gəldikdə isə, bizim çəkildiyimiz yer çox soyuq idi. Bir ay gecə-gündüz orada çəkilişdə olmuşuq. Baş rolda olduğum üçün bütün səhnələrdə var idim. Dörd ay da məşq etmişik. “Bala – başa bəla”nın çəkilişlərindən hər gün evə gələndə deyirdim ki, səhər getməyəcəyəm. Axşamlar ayağımı isti suya qoyurdum və s. Səhər durub görürdüm ki, hər şey normaldır. “Bala – başa bəla”da aldığım qonorar qəpik-quruş idi, amma məni bu günədək gündəmdə saxlayır. Bu yaxınlarda “Bala – başa bəla”nı göstərirdilər. İzlədim və çox həyəcanlandım. Ələkbər Hüseynov dünyasını dəyişəndən sonra mən bu tamaşaya baxa bilmirdim. Çox diqqətlə izlədim və heç nəyə gülmədim. Ələkbər aləm idi. O, dünyasını dəyişəndə onun yasına iki dəfə getdim. Məclisin o başından anası məni görüb ağlaya-ağlaya üstümə gəldi. O məni də Ələkbərin anası kimi görürdü. Bu günə qədər də həmin səhnəni yadımdan çıxara bilmirəm”.

Səidə Quliyeva 2000-ci ildə respublikanın “Əməkdar artisti” adına layiq görülüb. 9 may 2012-ci ildə isə “Xanuma” tamaşasındakı “Nənə” obrazına görə aktrisa “Xalq artisti” fəxri adını alıb.

Bir neçə gün əvvəl aktrisanın işlədiyi Akademik Dram Teatrından çıxarılması ilə bağlı şayiələr yaransa da, Səidə Quliyeva açıqlama verərək, bu xəbərlərin yalan olduğunu bildirdi. /Kulis/



  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zərnigar Ağakişiyevanın ölüm səbəbi bəlli oldu - YENİLƏNİB

    Zərnigar Ağakişiyevanın ölüm səbəbi bəlli oldu - ...

    9-02-2018, 15:33

  • 
  • Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

    Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib ...

    9-02-2018, 10:47

  • 
  • Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi

    Rejissor Rövşən Almuradlı dünyasını dəyişdi ...

    2-04-2019, 12:29

  • 
  • Amaliya Pənahova ilə vida mərasimi Akademik Milli Dram Teatrında keçiriləcək

    Amaliya Pənahova ilə vida mərasimi Akademik Milli ...

    8-11-2018, 13:22

  • 
  • Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib

    Xalq artisti Amaliya Pənahova dünyasını dəyişib ...

    8-11-2018, 10:18


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (136)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu