GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Yardım kampaniyasını şəxsi reklama çevirməyin – Xalq artistindən çağırış

Yardım kampaniyasını şəxsi reklama çevirməyin – Xalq artistindən çağırış

Tarix: 9-02-2023, 18:47 Bölmə :Mədəniyyət Baxış: 234

Yardım kampaniyasını şəxsi reklama çevirməyin

“Zaman keçdikcə, dünyada və ölkəmizdə müəyyən hadisələr baş verdikcə mənim mənsub olduğum millətə, dövlətə sevgim 5 qat, 10 qat artır. Biz bir daha böyük mərhəmət, mədəniyyət və əxlaq sahibi olan türk millətindən olduğumuzu bütün dünyaya bəyan edirik".

GUNDEMXEBER.AZ bildirir ki, bunu Modern.az-a Xalq artisti Nurəddin Mehdixanlı Azərbaycanda təşkil olunan Türkiyəyə yardım aksiyasından danışarkən deyib. Onun sözlərinə görə, sadə vətəndaşların qardaş Türkiyəyə yardım üçün axın etməsi türk dünyasının gücündən xəbər verir:
“Biz bir daha böyük mərhəmət, mədəniyyət və əxlaq sahibi olan türk millətini təmsil etdiyimizi bütün dünyaya bəyan edirik. Nəriman Nərimanovun Mustafa Kamal Paşaya yazdığı cavab məktubu var. “Türklərdə adət var, qardaş qardaşa borc verməz. Qardaş qardaşın əlindən tutar və yanında olar”, - məktubda deyilir. Bunun üzərindən 100 il keçib. Ancaq bizim mənəviyyatımızda və əxlaqımızda heç nə dəyişməyib. Türkiyə bizim üçün vətəndir. Orada yaşayanlar bizim qardaş-bacılarımızdır. Qardaş ölkədə kiminsə başı ağrısa bizim də başımız ağrıyar. Ona görə də, bu gün Türkiyədə baş verənlər bütün türk dünyasının faciəsidir. Hamımız əl-ələ verib, bu faciənin altından qalxmalıyıq”.
Xalq artistinin sözlərinə görə, Türkiyə çətin günləri geridə qoyacaq və faciədən üzüağ çıxacağıq:
“Dövlət başçımızın dediyi kimi, bu, çox böyük faciədir, dəhşətdir. Amma biz qardaşlarımızın, Türkiyənin yanındayıq. Sona qədər də yanlarında olacağıq. Çünki biz qardaşıq, bir millətik. Düşünürəm ki, bu sözlər hər bir azərbaycanlının ürəyindən xəbər verir. Bu gün bütün Azərbaycan bir can olaraq, güc olaraq Türkiyədə yaranan problemin həllinə çalışır. Fövqəladə Hallar Nazirliyinin 700-dən yuxarı əməkdaşı orada çalışır. Dağıntılardan insanları xilas edirlər. Artıq son məlumata görə, 37-dən çox insanı xilas ediblər. Fövqəladə Halar Nazirliyinin əməkdaşları orada qəhrəmanlıq nümayiş etdirirlər. Bu, bizik, bu, Azərbaycandır, Azərbaycan türkləridir. Böyüklüyündən, kiçikliyindən asılı olmayaraq, bir qarışqa yükü qədər bu problemin həllinə kim kömək edirsə, o bizim millətə məxsusdur. Həmin insan Allahın sevdiyi insandır. Allah millətimizi, bayrağımızı, dövlətimizi, Türkiyəmizi qorusun. Türkiyə bütün türk dünyasının mayakıdır, gözünü tikdiyi böyük günəşidir. Heç kim tələsməsin, heç kim kədərlənməsin, bu da keçəcək. Çünki Türkiyə var, Azərbaycan, Pakistan var. Bu da Allahın bir imtahanıdır. Allah güclüləri imtahan edər. Biz bu imtahandan da keçəcəyik. Çünki türklər Allahın əsgəridir”.
Bundan əlavə, N.Mehdixanlı hər kəsi Türkiyəyə maddi yardım etməyə çağırıb:
“Mənə elə gəlir ki, bu gün paltarlardan çox maddi yardıma ehtiyac var. İlk günlər paltar yardımına ciddi ehtiyac var idi. Ancaq bu kifayət qədər zaman aparan bir işdir. Biz hamımız hesablara pul köçürməliyik. Hamını da buna səsləyirəm. "Ziraət" bankın elan etdiyi hesab var, yardım pullarımızı ora köçürək. Dar günündə qardaşlarımızı tək qoymarıq”.
Sonda Xalq artisti bəzi şəxsləri yardım kampaniyasını şəxsi reklama çevirməməyə çağırıb:
“Həzrəti Əlinin belə bir kəlamı var, deyir ki, “sağ əlin verdiyindən sol əl, sol əlin verdiyindən sağ əl xəbərdar olmamalıdır”. Yardımını reklam edənləri sevmirəm. Sizə bir faktı demək istəyirəm. Borçalıdan bir xanım əl arabası ilə paltar aparır. Bu zaman onu çəkmək istəyənlərə deyir, “üzümü çəkib, məni göstərməyin”. Mən də üzümü tutub deyirəm: cənablar, bu yardım kampaniyasını şəxsi reklamımıza çevirməyək. Allah bilir, sən bilirsən, kifayətdir”.
Qeyd edək ki, Türkiyədə baş vermiş zəlzələdən sonra Azərbaycan dərhal qardaş ölkəyə yardım əlini uzadıb. Prezident İlham Əliyevin göstərişi ilə axtarış-xilasetmə qrupları zəlzələ bölgəsinə göndərilib. Eyni zamanda Heydər Əliyev Fondu yardım kampaniyası başladıb.

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Türk Kızılay: Qardaşa kömək vaxtıdır

    Türk Kızılay: Qardaşa kömək vaxtıdır ...

    20-10-2020, 13:03

  • 
  • Səfir: hərbi çevriliş cəhdindən sonra Azərbaycan qardaş Türkiyəyə dəstəyi ilə bütün dünyaya nümunə oldu.

    Səfir: hərbi çevriliş cəhdindən sonra Azərbaycan ...

    2-08-2016, 17:23

  • 
  • Ərdoğan: "Qardaş Azərbaycana dəstəyimiz Türk Silahlı Qüvvələrinin gücünü bir daha göstərdi"

    Ərdoğan: "Qardaş Azərbaycana dəstəyimiz Türk ...

    17-07-2021, 10:22

  • 
  • Azərbaycanda qardaşın zorladığı ruhi xəstə qadın uşaq dünyaya gətirib

    Azərbaycanda qardaşın zorladığı ruhi xəstə qadın ...

    10-04-2019, 13:44

  • 
  • Türnaz Altınsoy: İranda türk kimliyini rahatca tanıtdıra bilmirik

    Türnaz Altınsoy: İranda türk kimliyini rahatca ...

    16-02-2019, 14:11


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu