Gundemxeber.az » Ölkə » Mədəniyyət » Aygün Bəylərə “Xalq artisti” adı niyə verilməyib? - Əbülfəs Qarayev açıqladı
Əməkdar artist Aygün Bəylərin vəfatından sonra sosial şəbəkələrdə ona “Xalq artisti” fəxri adının verilməməsi müzakirələrə səbəb olub...
Gundemxeber.az bildirir ki, sosial şəbəkə istifadəçiləri bu məsələdə keçmiş nazir Əbülfəs Qarayevi günahlandırıblar.
Cəmiyyətdə ciddi müzakirələrə səbəb olan bu məsələ ilə bağlı Manset.az Əbülfəs Qarayevlə əlaqə saxlayıb. O, açıqlamasında Aygün Bəylərə “Xalq artisti” fəxri adının verilməməsində müəyyən səbəblərin olduğunu bildirib: “Aygün Bəylər istedadlı və mənim hörmət etdiyim musiqiçi idi. O, bütün tədbirlərdə fəal iştirak edirdi. Adın verilməsi mənim yadımda deyil. Amma mən ona böyük hörmətlə yanaşırdım. Allah ona rəhmət eləsin! Ona “Xalq artisti” adının verilməsinə gəldikdə, hər şeyin qanunu və vaxtı var. Mən ona hansı ad verməliydim ki? Ona “Əməkdar artist” adı verilmişdi, “Xalq artisti” adının verilməsi üçün müəyyən vaxt keçməli idi. Bir ad alandan sonra ikinci ad almaq üçün zaman keçməlidir. Onun da yəqin ki, hansısa səbəbləri olub”.
Əbülfəs Qarayev həmin o səbəbləri açıqlamaq istəməyib. Sabiq nazir Bakıda olmadığına görə, mərhum sənətkarın dəfnində iştirak etmədiyini bildirib.
Qeyd edək ki, Əbülfəs Qarayev açıqlamasında fəxri adların (Əməkdar, Xalq) verilməsində biri ilə digərinin arasında müəyyən qədər vaxt keçməsi lazım olduğunu bildirib. Aygün Bəylərə 2002-ci ildə “Əməkdar artist” fəxri adı verilib. Əbülfəs Qarayev mədəniyyət naziri vəzifəsindən 2020-ci ildə azad edilib. O zaman bu məsələdən artıq 18 il vaxt ötmüşdü.
Gundemxeber.az
30-03-2015, 22:32
12-05-2017, 21:43
21-10-2019, 17:40
25-08-2017, 14:37
14-06-2013, 13:27
Sorğu
Yeni dizaynımız necədir?