Gundemxeber.az » Ölkə » Mədəniyyət » SON DƏQİQƏ! Aytən Səfərovanı efirə buraxmırlar
Bir müddət əvvəl avtomobil qəzası keçirmiş Xəzər TV-nin aparıcısı Aytən Səfərova Xəzər televiziyasına geri dönüb. GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Yenisabah.az-a Aytən Səfərovanı tez-tez ziyarət edən keçmiş iş yoldaşı və rəfiqəsi məlumat verib.
Onun sözlərinə görə artıq teleaparıcının vəziyyəti yaxşıdır.
Televiziyaya qayıtmağına baxmayaraq, Səfərova Xəzər telekanalındakı əvvəlki vəzifəsinə geri dönməyib. Bunu ona telekanal rəhbərliyinin məsləhət gördüyü bildirilir.
Mənbə deyib ki, istintaq davam etdiyi üçün bu sezon aparıcının efirə çıxması məqbul sayılmır. Hətta ona işə qayıtmasını publik şəkildə açıqlamamaq tövsiyə edilib.
Səfərovanı Xəzər TV-nin “Xəbər ertəsi” verilişində sezon sonuna qədər jurnalist Ruzana Kərimli əvəz edəcək.
Aparıcı hazırda telekanalda redaktor vəzifəsində çalışır.
Aytən Səfərova baş vermiş qəzada özünün hər hansı məsuliyyətinin olmadığına əmindir.
Xatırladaq ki, aprelin 17-də saat 07 radələrində Xətai rayonunun 8 Noyabr prospekti ilə Sadıqcan küçəsinin kəsişməsində İsmayıl Məmmədovun idarə etdiyi “Hyundai İX-35” markalı avtomobillə Aytən Piriyevanın idarə etdiyi avtomobil toqquşub.
Nəticədə İsmayıl Məmmədovun idarə etdiyi avtomobildə olan sərnişin Ayxan Əliyev aldığı bədən xəsarətləri nəticəsində xəstəxanaya yerləşdirilib və orada ölüb. Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırma aparılır.
GUNDEMXEBER.AZ
18-12-2019, 14:51
12-06-2018, 12:40
20-07-2017, 17:57
12-07-2018, 11:34
27-02-2016, 17:13
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?