Bu həyat marafonunu var olaraq başa vurmağa hamının mənəvi gücü çatmır
Rauf Mirqədirov
Bu şəkillər 1992-ci ilin iyununun əvvəlində çəkilib.
Elmira Əmrahqızı, İbrahim Nəbioğlu, Mehman Cavadoğlu, Müsəllim Həsənov, Elmira Axundova, Mir Şahin... Yadımda qalan və qalmayan bir çoxları bu şəkillərdə əbədi olaraq əks olunub.
Hamımız cavan idik. Ağır dövrlər idi. Amma hamımız Azərbaycanımızın, özümüzün işıqlı gəlğcəyinə inanırdıq. Bu insanlardan bəziləri artıq həyatda yoxdur. Elmira Əmrahqızı kimi yaddaşımızda elə bu şəkildə olduğu kimi qalıblar. Digərlərini 30 ildən artıq davam edən bu həyat marafonunda itirmişik. Bilmək olmur. Ya onlar bizdən geri qalıblar, ya da biz onlardan.
Lap Müsəllim Həsənov kimi. Çoxdan ondan heç bir xəbər-ətər yoxdur. Elələri də var ki, bu kəslərin hətta o illərdə belə mənən bizimlə yanaşı durduqlarına inanmıram. Çünkü mənən biz tam fərqli dünyaların insanlarıyıq. Mir Şahin, onun kimilərlə mənim və bu şəkillərdə əks olunanların ən azından bir qisminin mənən yanaşı durması mümkün deyil...
Amma elələri də var ki, illər ötdükcə, bu uzun və keşməkeşli həyat marafonunun sonu yaxınlaşdıqca, mənə daha yaxın və daha əziz olublar. İbrahim Nəbioğlu kimi...
Çox deyilik. Azıq. Amma varıq!!! Tanrı var olanlara yar olsun!!!
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?