GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Mədəniyyət » Rejissor onunla yatmaq istədi, rejissora şillə vurdu – Tanınmış aktrisanın başına gələnlərin ŞOK TƏFƏRRÜATI (VİDEO)

Rejissor onunla yatmaq istədi, rejissora şillə vurdu – Tanınmış aktrisanın başına gələnlərin ŞOK TƏFƏRRÜATI (VİDEO)

Tarix: 22-10-2024, 15:23 Bölmə :Mədəniyyət Baxış: 161

Rejissor onunla yatmaq istədi, rejissora şillə vurdu –

Nəcibə Haşım qızı Məlikova 25 oktyabr 1921-ci ildə Bakının Buzovna kəndində doğulub. Evin sonbeşiyi olan Nəcibə Məlikovanın atası Haşım bəy Saqib həm şair, həm də Bakının ən məşhur tacirlərindən biri olub. Bakı şairlərinin əsərlərindən ibarət almanaxlarda onun da şeirləri dəfələrlə çap olunub, kitabları işıq üzü görüb. Anası Xoşsima xanım isə komsomolçu fəallardan idi. Ancaq qardaşı Ruhulla Axundov tutulandan sonra Xoşsima xanımın da ictimai həyatına son qoyulur. Məlikovlar ailəsini isə “xalq düşməninin ailəsi” adlandırırlar. Bundan sonra bütün qapılar onların üzünə bağlanır.

Aktrisa Nəcibə Məlikovanın uşaqlıqdan bircə arzusu var idi. O, məktəbi qurtarıb Tibb İnstitutuna daxil olmaq, həkim işləmək istəyirdi. Lakin “xalq düşməni”nin bacısı qızı olduğuna görə, arzusu ürəyində qalır. Nəcibə xanımın böyük bacısı Nuriyyə Məlikova nəinki Azərbaycanın, bütün Şərqin ilk rəqqasəsi kimi tanınır. Nəcibə Məlikova isə məcburiyyətdən, könülsüz aktrisalığı seçir. 10-cu sinfi qurtarandan sonra sənədlərini Teatr İnstitutuna verir və Fatma Qədrinin sinfinə qəbul olunur. Təhsilini başa vuran gənc aktrisa öz arzusu ilə Gəncə Teatrına işləməyə gedir. Bir-birinin ardınca yaratdığı obrazlar dildən-dilə düşür. “Yaşar” tamaşasında oynadığı Yaqut obrazı isə onun Gəncə teatrında ən böyük uğuru hesab olunur.

Elə Gəncədə işlədiyi zaman ailəli olub ayrılmış, bir oğlu olan Nüsrəddin adlı imkanlı kişi ilə tanış olur. Nəcibə xanım ilk gündən Nüsrəddinə bağlanır və onun evlilik təklifinə razılıq verir, evlənirlər. Həmin vaxt gənc aktrisa Bakıda təzəcə açılmış Teatr İnstitutuna qəbul olunur. Ədil İsgəndərovdan, Rza Təhmasibdən sənət dərsləri alır. Milli Dram Teatrında işləməyə başlayır. Həyat yoldaşı da onu, sənətini sevir, artıq iki oğul övladları var, biri yoldaşının ilk nikahından, biri isə Nəcibə xanımla olan sevgisinin nübarı. Nəcibə xanım oğluna atasının adını verir – Saqib. Onun ilk nikahından olan oğlu Fuad, Nəcibə xanımın oğulluğu əvvəlcə onu qəbul edə bilmir. Sonra isə doğmalaşırlar.

Fuad Əsədov Nəcibə xanımın ölümündən uzun müddət verdiyi müsahibəsində deyir: “Məni Gəncədə nənəmlə-babam saxlayıb böyüdüblər. Nəcibə xanımı tanıyanda ağlı kəsən uşaq idim, əvvəl onu ana kimi qəbul edə bilmirdim, amma inanın səmimiyyətimə, sonralar əsl ana sevgisini onda gördüm. Saqiblə aramızda ögeylik olmadı, bu onun qoyduğu özül idi. Hər işdə deyirdi ki, Saqib, sənin böyük qardaşın var. Özü ilə hər yerə məni aparardı, Saqibə deyirdi, gələn dəfə səni apararam”. Aktrisanın qayınanası xan qızı gəlininin aktrisa olmasını həzm edə bilmir. Ümumiyyətlə, Nəcibə xanım qayınana sarıdan çox əziyyətlər çəkib. Hətta bir gün onlara qonaq gələn Ədil İsgəndərov Nəcibə xanımın qaynanasının hərəkətlərinə dözmür, yeməyini yarımçıq qoyub durur, qapıdan çıxanda deyir ki, Xanım xala, səndən kino çəkəcəm.Onun həyat yoldaşı həqiqətən, yol mühəndisidir, amma dövlət təhlükəsizliyi orqanlarında çalışıb. "Ögey ana" filmindəki İsmayıl obrazının prototipi oğulluğu Fuaddır, Cəmilə isə Saqibin obrazıdır. Bu dəyişikliklərlə, görünür, tamaşaçını həqiqətdən yayındırmağa çalışıblar. Aktrisa gözəl, bacarıqlı, şöhrətli olduğu qədər də sadə insan olub. Məşhur rejissorlardan biri Nəcibə xanıma rol qarşılığında arzuolunmaz təklif edir. Əsəbiləşən aktrisa rejissora şillə vurur. Sonralar bu hadisəni elə həmin rejissorun özü danışarmış.

Ancaq ailədə təəssüf ki, Nəcibə Məlikovanın sədaqətinin qarşılığı eyni olmur. Fuadla, Saqibin ataları Nüsrəddin həm vəzifə adamı, həm də hədsiz yaraşıqlı kişi olub. Həyatında çox qadınlar olub, birinci xanımı da ondan buna görə ayrılıbmış. Nəcibə xanımla ailə qurandan sonra da o, bu vərdişindən əl çəkməyib. Nəcibə xanım isə hər dəfə bu barədə eşidəndə “O, heç kimin arxasınca düşmür, onun arxasınca düşürlər”, - deyirmiş. Bir gün Nusrəddin başqası ilə evləndiyini deyir. Nəcibə xanım səssizcə oğlunu da götürüb gedir. Bir müddət sonra isə Nüsrəddin 30 yaşında faciəvi şəkildə dünyasını dəyişir. Ailənin məsuliyyətini təkbaşına zərif çiyinlərində daşıyan Nəcibə Məlikova 29 yaşında dul qalır, amma heç vaxt ailə qurmur.
SSRİ xalq artisti fəxri adına layiq görülür. Hindistanda qastrol zamanı üstünə meymun atılır, qorxudan şəkər xəstəliyinə tutulur. Ölüm ayağında anası Xoşsimanın adını verdiyi nəvəsi, Saqibin qızı soruşur ki, nənə, indi yanında kimi görmək istərdin? Nəcibə xanım yarışüurlu vəziyyətdə “Yalnız Nüsrəddini” – deyib, arzusuna çatmaq üçün gözlərini həmişəlik yumur.
Daha ətraflı video-materialda:

GUNDEMXEBER.AZ

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı oğlu VƏFAT ETDİ

    Rəşid Behbudovun Ukraynada yaşayan məşhur bacısı ...

    27-09-2019, 14:53

  • 
  • Ölümündən sonra “İsmayıl”ın cibindən nə tapılmışdı?

    Ölümündən sonra “İsmayıl”ın cibindən nə ...

    20-01-2018, 11:30

  • 
  • Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi Klinik Xəstəxanada

    Tibb bacısı iş yoldaşını bıçaqladı- Mərkəzi ...

    25-12-2013, 12:28

  • 
  • Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib

    Xalq artisti Zərnigar Ağakişiyeva vəfat edib ...

    9-02-2018, 10:47

  • 
  • Tanınmış şair vəfat etdi

    Tanınmış şair vəfat etdi ...

    22-05-2016, 13:39


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu