GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş

ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş

Tarix: 3-04-2014, 11:55 Bölmə :Siyasət Baxış: 949
ABŞ Qarabağ razılaşmasını son anda necə pozubmuş
1998-ci il. Ermənistan. Prezident Levon Ter-Petrosyan Rusiya qəzetində Dağlıq Qarabağ münaqişəsinin mərhələli həll variantını, yəni Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasını, bölgənin yekun statusunun sonrakı mərhələdə danışıqlar yoluyla müəyyən edilməsini nəzərdə tutan sülh planının alternativinin olmadığı barədə məqalə ilə çıxış edir və dərhal ölkəsində güclü təzyiqlərlə qarşılaşır. Dağlıq Qarabağ erməniləri-başda Ermənistanın baş naziri təyin edilmiş Robert Köçəryan olmaqla səhra komandirləri, yarımhərbi “Yerkrapa” təşkilatı Ter-Petrosyanı təslimçilikdə ittiham edərək ondan istefa verməyi tələb edirlər. Hətta Təhlükəsizlik Şurasının iclasında Robert Köçəryan belindəki tapançanı çəkərək masanın üzərinə qoyur, Ter-Petrosyanın başına güllə çaxacağına işarə edir.
Nəticəcə güclü təzyiqlərə davam gətirməyən Ter-Petrosyan istefaya gedir və bununla da Qarabağa dair hər iki tərəf üçün ən məqbul hesab olunan sülh planının qəbulu baş tutmur.
20 ildən çoxdur davam edən nəticəsiz Qarabağ danışıqlarının bu mərhələsinə ekskurs etməsi səbəbsiz deyil. Çünki indiyədək əksər ekspertlər hesab edirdilər ki, Ter-Petrosyanın Azərbaycanla sülh razılaşmasını imzalayıb mərhələli həll variantının qəbul edilməsini əngəlləyən bölgədə sülhün əldə edilməsində maraqlı olmayan Rusiya idi.
Ancaq indi məlum olur ki, heç də belə deyilmiş. Ter-Petrosyanın xarici siyasət məsələləri üzrə müşaviri, hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru olan Jirayr Libaredyan deyir ki, əslində o vaxt Ermənistan prezidentini istefaya məcbur edənlər ABŞ və onun dövlət katibinin indiki köməkçisi, yaraşıqlı madam Viktoriya Nuland olub.
Ermənistan qəzetlərindən birinə müsahibəsində Jirayr Libaredyan deyib ki, ABŞ dövlət katibinin indiki köməkçisi Viktoriya Nuland vaxtilə Ter-Petrosyanın istefasında əsas rol oynayanlardan biri idi. O vaxtkı Qarabağ danışıqlarının iştirakçısı olan Jirayr Libaredyan deyib: “Nuland çoxdan işləyir. Bizim vaxtımızda o, danışıqlar üçün Ermənistana gəlirdi. Viktoriya Nuland həmin adamlardandır ki, 1997-1998-ci illərdə Ermənistanın daxili məsələlərində böyük işlərin öhdəsindən gəlib. O, Ter-Petrosyanın istefasında sanballı rol oyanmışdı. ABŞ Ter-Petrosyanın əleyhinə idi. O vaxtkı ABŞ səfiri Piter Tomson müxalifətin ən radikal addıma getməsi üçün mümkün olan hər şeyi etdi, səfir Ter-Petrosyanın hakimiyyətdən uzaqlaşdırılması planı üzərində uzun müddət işləmişdi”.
J.Libaredyan həmçinin amerikalı diplomatların 1998-ci ildə Robert Köçəryanın hakimiyyətə gətirilməsindəki rolundan da danışıb. Keçmiş müşavirin sözlərinə görə, həmin Nuland onunla söhbətdə belə demişdi: “Ter-Petrosyan ağıllı adamdır, ancaq o, güclü deyil. Sülhü təsdiqlədə, qəbul etdirə bilməz. Lakin Köçəryan müharibədə qalib gələn güclü adamdır və sülhü o qəbul etdirməlidir...” Bəs Ermənistandaki həmin hakimiyyət dəyişikliyindən sonra nələr baş vermişdi? Xatırlada bilərik ki, yenidən hakimiyyəti ələ alan Robert Köçəryan Azərbaycanla danışıqların yeni mərhələsini başlatdı. Bu danışıqlarda ABŞ aparıcı rola malik idi. 1999-cu ilin payızında danışıqlar həlledici fazaya yaxınlaşdı və tərəflər ATƏT-in İstanbul sammitində Qarabağa dair sülh razılaşmasını imzalamağa razılıq verdi. Həmin il oktyabrın 26-da ABŞ dövlət katibinin müavini Stroub Telbott sülh razılaşmasının son detallarını müzakirə etmək üçün regiona səfər etmişdi.
S.Telbott Bakıdan sonra Robert Köçəryanla İstanbulda imzalanacaq sülh razılaşmasının son detallarını müzakirə etmək üçün İrəvana yola düşdü.
S.Telbottun Köçəryanla görüşü başa çatandan və amerikalı diplomatın təyyarəsi İrəvan aeroportundan havaya qalxandan az sonra Nairi Unanyan Ermənistan parlamentinin binasına hücum etdi, baş nazir Vazgen Sərkisyanı, spiker Karen Dəmirçiyanı və digər siyasi xadimləri güllələdi. Nəticədə Amerikanın patronajlığı altında Qarabağ sülh razılaşmasının imzalanması yenə baş tutmadı. Bu dəfə isə baş rolda Rusiya idi...
KƏRİM
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Rusiya Laçını götürəcək, qalan əraziləri qaytaracaq”

    “Rusiya Laçını götürəcək, qalan əraziləri ...

    5-04-2014, 13:40

  • 
  • Erməni generaldan ilginc açıqlamalar

    Erməni generaldan ilginc açıqlamalar ...

    25-02-2013, 11:17

  • 
  • ABŞ-dan təklif: «Danışıqları davam etdirin»

    ABŞ-dan təklif: «Danışıqları davam etdirin» ...

    11-05-2016, 18:33

  • 
  • Con Kerri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasında səylərini davam etdirir"

    Con Kerri: "ABŞ Dağlıq Qarabağ münaqişəsinin ...

    27-05-2015, 12:16

  • 
  • Dmitri Medvedev: "Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar masasına oturmaq lazımdır"

    Dmitri Medvedev: "Dağlıq Qarabağ ...

    9-04-2016, 14:31


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu